18 oktyabr 2017, Çərşənbə axşamı
Ana Səhifə - GÜNDƏM - QHT-hökumət münasibətləri mövzusunda regional konfrans keçirib
QHT-hökumət münasibətləri mövzusunda regional konfrans keçirib
21.09.2017, 20:31

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu gün Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində Gəncə, Samux, Gədəbəy, Göygöl, Qazax, Ağstafa və Tovuzun QHT və icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə "QHT-Hökumət münasibətləri: qazanılmış təcrübə və yeni əməkdaşlıq imkanları" mövzusunda regional konfrans keçirib. Konfransdan öncə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb.

Modern.az xəbər verir ki, toplantıda çıxış edən Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Azərbaycanda irqindən, dilindən, etnik və dini konfensiya mənsubiyyətindən asılı olmayaraq hər kəsin fundamental insan hüquq və azadlıqlarının təmin edildiyini deyib. Bir sıra ölkələrdə illərdir vətəndaş mühüribəsinin getdiyini qeyd edən Alimpaşa Məmmədov Azərbaycanda sabit ictimai-siyasi vəziyyətin bütün sahələrdə müşahidə edilən inkişafın başlıca zəmini olduğunu vurğulayıb.

QHT-lərin inkişafı üçün yalnız paytaxtda deyil, regionlarda da zəruri imkanların yaradıldığını bildirən icra başçısı  Şəmkirdə dövlət qurumlarının yerli QHT-lərlə yaxından əməkdaşlığından yaranan səmərəli nəticələr haqqında danışıb. A. Məmmədov Şuranın vətəndaş cəmiyyətinin inkişafı üçün göstərdiyi səyləri təqdirəlayiq adlandırıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin rəsmisi, Şura sədrinin müavini Vüsal Quliyev konfransda “QHT-Hökumət münasibətlərinin inkişaf mərhələləri və perspektivləri”  mövzusunda məruzə ilə çıxış edib.

Vüsal Quliyev Azərbaycanda vətəndaş cəmiyyətinin sürətlə inkişaf etdiyini qeyd edərək,  son on ildə QHT-dövlət əməkdaşlığının daha yüksək səviyyəyə qalxdığını diqqətə çatdırıb. Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq olunmasının və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılmasının ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına mühüm təkan verdiyini vurğulayıb.

V.Quliyev Azərbaycan dövlətinin ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının formalaşmasına və inkişafına daim ciddi önəm verdiyini, ölkədə ictimai təşkilatların fəaliyyətini tənzimləyən əlverişli hüquqi bazanın mövcud oluğunu bildirib.

Şura sədrinin müavini əlavə edib ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı və milli maraqlarının təmin olunması dövlətlə QHT-lər arasında münasibətlərin daim müasirləşdirilməsini, onların fəaliyyətinin stimullaşdırılmasını zəruri edir. V. Quliyev ölkəmizdə mövcud olan QHT-hökumət münasibətlərinin dünyada uğurlu nümunə kimi öyrənildiyini deyib.

Vüsal Quliyev milli donor institutlarının fəaliyyətinə də toxunaraq, ölkədə qeyri-hökumət təşkilatlarının təşəbbüslərini dəstəkləmək üçün maliyyə resurslarının mövcud olduğunu diqqətə çatdırıb. O, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Gənclər Fondu, Gənclər və İdman, Mədəniyyət və Turizm, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən hər il yüzlərlə QHT təşəbbüsünün dəstəkləndiyini vurğulayıb.

Qeyd edib ki, dövlət QHT-lərə dəstək verməklə vətəndaş təşəbbüskarlığını daha da artırır. Bu da öz növbəsində imkan verir ki, hər bir ölkə vətəndaşı cəmiyyət həyatında fəal iştirak etsin. Milli maraqların qorunması sahəsində QHT-lərin fəaliyyəti təşviq edilsin. QHT-lər sosial əhəmiyyətli problemlərin həllinə cəlb olunsun, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən tədbirlər həyata keçirsinlər. 

Deputat Sona Əliyeva dövlət başçısının apardığı məqsədyönül siyasətin nəticəsi olaraq bu gün QHT sektorunun  cəmiyyətin aparıcı ictimai institutlarına çevrildiyini deyib. S. Əliyeva QHT-lərin Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə təbliğində, gənclərin zərərli vərdişlərdən çəkindirilməsində, informasiya müharibəsində aktiv iştirakının təmin olunmasında mühüm rol oynadığını qeyd edib. Deputat Şuranın üzərinə düşən missiyanı uğurla həyata keçirdiyini, innovativ QHT təkliflərini dəstəkləməklə cəmiyyətin aktual problemlərinin həllinə davamlı şəkildə yardım etdiyini vurğulayıb.

Konfransda “QHT-lərə dövlət dəstəyinin əsas istiqamətləri” mövzusunda ətraflı məruzə ilə çıxış edən Şura Katibliyini icraçı direktoru Fərasət Qurbanov ölkəmizdə QHT sektorunun formalaşması tarixinə qısa ekskursiya edib. 2001-ci ildə Şəmkir şəhərində QHT-lərin Təlim və Resurs Mərkəzinin yaradıldığını bildirən F.Qurbanov ötən dövr ərzində QHT-lərin böyük inkişaf yolu keçdiyini qeyd edib. İcraçı direktor cənab prezident İlham Əliyevin siyasi iradəsinin nəticəsi olaraq hazırda ölkəmizin bütün regionlarında QHT-lərin dövlət qurumlarının başlıca partnyoruna çevrildiyini və fəaliyyət imkanlarının artdığını deyib. QHT-lər cəmiyyətin ən fəal təbəqəsi olaraq ictimai problemlərin həllində, vətəndaş təşəbbüskarlığının təşviqində önəmli rol oynayırlar. Dövlət QHT-lərin inkişafı üçün zəruri olan bütün addımları atıb. Bu gün QHT-lər cəmiyyətimizin inkişafını təmin edən ən vacib institutlardan birinə çevrilib. QHT-lər hər il sosial, humanitar, ekoloji, iqtisadi və sahələr üzrə yüzlərə layihə həyata keçirərək cəmiyyətin maariflənməsinə, ictimai problemlərin həllinə töhfələrini verirlər.

Şuranın QHT-lərə göstərdiyi xidmətlərlə bağlı geniş təqdimatla çıxış edən F. Qurbanov həmçinin təmsil etdiyi qurumun formalaşma prinsipləri, qrant müsabiqəsi mövzuları haqqında da danışıb. İcraçı direktor qeyd edib ki, Şuranın konfrans, təlim və seminarların keçirilməsində əsas məqsəd QHT-lərin bilik və bacarıqlarını artırmaq, icra etdikləri layihələrin səmərəliliyinin artırılmasına yardım etməkdir: “Şura yalnız 2016-cı ildə 32 mövzu istiqaməti üzrə 556 layihəyə 5,3 milyon manatdan çox vəsait ayırıb. Bu layihələrdən faydalananların sayı 100 mindən artıq olub. Həyata keçirilən layihələr çərçivəsində 32 kitab nəşr olunub, 23 sayt, 26 film, 29 sosial çarx hazırlanıb”.

 Şəmkir Resurs və Təlim Mərəzini rəhbəri Fuad Bədəlov, Tovuz Kənd Təsərrüfatı Sahibkarlarına Kömək İctimai Birliyinin sədr müavini Nazim Quliyev, Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədr müavini  Aygün Həsənzadə, Qazax Regional İnkişaf Resursları İctimai Birliyinin sədri Məhərrəm Göyüşoğlu, Zəka Gənclər Mərkəzinin sədri Ramin Cəfərov, Qarabağ Müharibəsi Əlilləri və Veteranları İctimai Birliyinin Göy-Göl rayon şöbəsinin sədri İlqar Əhmədov, Şəmkir Qadın Resurs Mərkəzinin sədri Arzu Həsənova, Gəncə Avroatlantik Məlumat Mərkəzinin sədri Mehman Xəlilov, həmçinin Samux, Gədəbəy, Göygöl, Qazax, Ağstafa və Tovuz rayonlarının icra hakimiyyətlərinin nümayəndələri müzakirələrdə iştirak edərək təkliflərlə çıxış ediblər.

Konfransda Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədova regionda QHT sektorunun inkişafına verdiyi dəstəyə görə Şuranın fəxri fərmanı ilə təltif olunub.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Prezident MDB-nin Sərhəd Qoşunları komandanlarını qəbul edib
18.10.2017, 18:31

Prezident MDB-nin Sərhəd Qoşunları komandanlarını qəbul edib

Azərbaycanda portağal 50% bahalaşdı
18.10.2017, 18:18

Azərbaycanda portağal 50% bahalaşdı

Putinlə Netanyahu arasında telefon danışığı olub
18.10.2017, 18:12

Putinlə Netanyahu arasında telefon danışığı olub

Avtomobil nömrələri üçün dövlət standartı AÇIQLANDI
18.10.2017, 18:04

Avtomobil nömrələri üçün dövlət standartı AÇIQLANDI

Mənzil alan jurnalistlərlə görüş keçiriləcək
18.10.2017, 17:56

Mənzil alan jurnalistlərlə görüş keçiriləcək

Qənirə Paşayevadan çağırış
18.10.2017, 17:50

Qənirə Paşayevadan çağırış

“Qarabağ”ın azarkeşləri üçün avtobuslar ayrıldı
18.10.2017, 17:42

“Qarabağ”ın azarkeşləri üçün avtobuslar ayrıldı

ADU-da Çin mətbəxinin sirri açıldı
18.10.2017, 17:41

ADU-da Çin mətbəxinin sirri açıldı

Azərbaycan və Rusiya rəsmiləri sərhədə TOPLANDI - yeni təməl qoyuldu
18.10.2017, 17:25

Azərbaycan və Rusiya rəsmiləri sərhədə TOPLANDI - yeni təməl qoyuldu

Dövlət Arxivindən ŞOK SƏNƏD tapıldı - Tanınmış bolşeviklər Müsavatın agentləri olublar...
18.10.2017, 17:24

Dövlət Arxivindən ŞOK SƏNƏD tapıldı - Tanınmış bolşeviklər Müsavatın agentləri olublar...

Əhliman Əmiraslanov AMEA-da toplantı keçirdi
18.10.2017, 17:23

Əhliman Əmiraslanov AMEA-da toplantı keçirdi

İŞİD Suriya ordusunun məşhur generalını öldürdü
18.10.2017, 17:22

İŞİD Suriya ordusunun məşhur generalını öldürdü

Bakı meriyası REAL-ın müraciətini cavabsız qoyub
18.10.2017, 17:17

Bakı meriyası REAL-ın müraciətini cavabsız qoyub

Manat və dolların sabahkı MƏZƏNNƏSİ 
18.10.2017, 17:04

Manat və dolların sabahkı MƏZƏNNƏSİ 

Aydın Mirzəzadə tələbələrə mühazirə oxudu
18.10.2017, 17:00

Aydın Mirzəzadə tələbələrə mühazirə oxudu

İkinci sinif şagirdi Topçubaşov adına xəstəxanada öldü
18.10.2017, 16:58

İkinci sinif şagirdi Topçubaşov adına xəstəxanada öldü

Əflatun Amaşov bu dəfə Tiranaya gedir
18.10.2017, 16:53

Əflatun Amaşov bu dəfə Tiranaya gedir

“Qarabağ” “Atletiko”ya uduzmayacaq - Deputatlardan nikbin PROQNOZ   
18.10.2017, 16:50

“Qarabağ” “Atletiko”ya uduzmayacaq - Deputatlardan nikbin PROQNOZ  

Ərdoğandan Bərzaniyə TƏRS SUAL: “Kərkükdə nə gəzirsən?”
18.10.2017, 16:49

Ərdoğandan Bərzaniyə TƏRS SUAL: “Kərkükdə nə gəzirsən?”

DTX Bakıda əməliyyat keçirdi - qanunazidd dini ayinlərin icraçıları saxlanıldı   
18.10.2017, 16:40

DTX Bakıda əməliyyat keçirdi - qanunazidd dini ayinlərin icraçıları saxlanıldı  

Yusif Vəzir Çəmənzəminli, “İki od arasında” - Erməni xisləti, erməni məkri - II YAZI
18.10.2017, 16:31

Yusif Vəzir Çəmənzəminli, “İki od arasında” - Erməni xisləti, erməni məkri - II YAZI

ABŞ şirkətləri Azərbaycanda orqanik məhsullar yetişdirmək istəyir  
18.10.2017, 16:26

ABŞ şirkətləri Azərbaycanda orqanik məhsullar yetişdirmək istəyir  

Beynəlxalq axtarışda olan iki azərbaycanlı Qazaxıstanda saxlanıldı
18.10.2017, 16:16

Beynəlxalq axtarışda olan iki azərbaycanlı Qazaxıstanda saxlanıldı

Azərbaycanda bu il 17 ana ölümü baş verib
18.10.2017, 16:06

Azərbaycanda bu il 17 ana ölümü baş verib

Sabiq icra başçısı
18.10.2017, 16:01

Sabiq icra başçısı "reket jurnalist"in işində zərərçəkmiş kimi tanınıb

Rusiya ilə Türkiyənin pomidor problemi də həll olunur
18.10.2017, 16:01

Rusiya ilə Türkiyənin pomidor problemi də həll olunur

Elmar Vəliyev hesabat verdi
18.10.2017, 15:53

Elmar Vəliyev hesabat verdi

Şərəfsizlər kvarteti
18.10.2017, 15:50

Şərəfsizlər kvarteti

Deputatdan müstəqilliklə bağlı ÇAĞIRIŞ
18.10.2017, 15:41

Deputatdan müstəqilliklə bağlı ÇAĞIRIŞ

Müstəqilliyimizin etibarlı təminatçısı   
18.10.2017, 15:36

Müstəqilliyimizin etibarlı təminatçısı  

Dünyanın yeni yaranmış idman növləri - MARAQLI
18.10.2017, 15:35

Dünyanın yeni yaranmış idman növləri - MARAQLI

Naxçıvanda hərbi parad keçirildi – FOTOSESSİYA
18.10.2017, 15:15

Naxçıvanda hərbi parad keçirildi – FOTOSESSİYA

Aprel şəhidinin xanımı: “Elvin “mənə bir şey olsa get, xoşbəxt ol” demişdi” - MÜSAHİBƏ
18.10.2017, 15:04

Aprel şəhidinin xanımı: “Elvin “mənə bir şey olsa get, xoşbəxt ol” demişdi” - MÜSAHİBƏ

“Saakaşvili hakimiyyəti zorla ələ keçirmək istəyir”
18.10.2017, 14:57

“Saakaşvili hakimiyyəti zorla ələ keçirmək istəyir”

“CBC Sport” Türkiyə superliqasının oyunlarını canlı yayımlaya bilməyəcək - şirkətə İTTİHAM 
18.10.2017, 14:47

“CBC Sport” Türkiyə superliqasının oyunlarını canlı yayımlaya bilməyəcək - şirkətə İTTİHAM 

ARXİV
SORĞU
Hansı kommunal xidmətin işindən razısınız?
“Azəriqaz”(4.93%)
“Azərişıq”(29.0%)
“Azərsu”(10.4%)
“Azəristiliktəchizat”(3.08%)
Heç biri(52.4%)