Modern.az

Hərəkət olmayan yolda sürücülər CƏRİMƏLƏNİR - VİDEO

Hərəkət olmayan yolda sürücülər CƏRİMƏLƏNİR - VİDEO

21 Sentyabr 2017, 20:59

Bərdə rayonu Heydər Əliyev prospektində hərəkət olmayan yolda dayanma-durmanı qadağan edən yol nişanı qoyulub. Modern.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, sakinlər bildirir ki, bir neçə ildir Rayon İcra Hakimiyyətinin qarşısından keçən yolda hərəkət yoxdur. Həmçinin, küçənin girişində və sonunda dayanma və durmanı qadağan edən nişan qoyulub. Burada avtomobil saxlayan sürücülər yol polisi tərəfindən cərimələnir.

 

Sakinlər bildirir ki, qadağanedici nişanlar əsasən avtomobillərin gediş-gəlişinə maneə yaranan ərazilərdə quraşdırılır. Heç bir hərəkət olmayan küçədə belə bir yol nişanının qoyulmasını doğru hesab etmirlər.

Sakinlərin sözlərinə görə, ətrafda yaşayanlar avtomobili saxlamağa yer tapmır.

 

Məsələ ilə bağlı Bərdə rayon Dövlət Yol Polisi Bölməsindən bildirildi ki, sözügedən ərazidə həmin yol nişanı bir necə ildir ki, quraşdırılıb. Lakin nişanlarla bağlı bütün səlahiyyət "Siqnal" İdarəsinə məxsusdur. Rayon Siqnal İdarəsindən isə bildirdilər ki, şəhərdaxili bütün küçə və prsobektlərə yol nişanlarının yerləşdirilməsi İcra Hakimiyyətinin məktubu və icazəsi əsasında həyata keçirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı