Modern.az

Ermənistan parlamentinin deputatları Bakıya gəlib

Ermənistan parlamentinin deputatları Bakıya gəlib

21 Sentyabr 2017, 21:46

Ermənistan parlamentinin deputatları Bakıya gəlib. Modern.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin rəsmi “Facebook” səhifəsində məlumat verilib.

Məlumata görə, Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan artıq Bakıdadır.

Qeyd edək ki, erməni deputatlar sentyabrın 22-də Bakıda keçiriləcək “Avronest” Parlament Assambleyasının iclasında iştirak edəcəklər. Erməni nümayəndə heyətinin Azərbaycana səfəri sentyabrın 23-də başa çatacaq. Nümayəndə heyətinin tərkibində Armen Aşotyanın köməkçisi Aram Barseqyan da yer alıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir