Modern.az

Türkiyədə təyyarə qəzaya uğradı: 1 ölü, 4 yaralı - Yenilənib, VİDEO

Türkiyədə təyyarə qəzaya uğradı: 1 ölü, 4 yaralı - Yenilənib, VİDEO

Dünya

21 Sentyabr 2017, 23:55

Türkiyədə qəzaya uğrayan təyyarədə 1 nəfər həyatını itirib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza zamanı təyyarənin kapitanı ölüb, 4 nəfər isə yaralanıb.

Qəzaya uğrayan təyyarənin Türkiyənin iş adamlarından birinə aid olduğu iddia edilir.

 

23:02

 

Türkiyədə təyyarə qəzası olub. Modern.az xəbər verir ki, hadisə Atatürk Hava Limanı ərazisində qeydə alınıb.

Məlumata görə, hadisə təyyarənin eniş zamanı baş verib. Belə ki, Şimali Kipr Türk Cümhuriyyətinə uçmalı olan təyyarə siqnal aldıqdan sonra geri dönüb. Amma eniş zamanı təyyarənin təkəri partlayıb və alışmağa başlayıb. Alov qısa zamanda söndürülüb. Hadisə ilə bağlı əlavə məlumat verilmir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür