Modern.az

Azərbaycan nefti bir qədər də bahalaşdı

Azərbaycan nefti bir qədər də bahalaşdı

İqtisadiyyat

21 Sentyabr 2017, 23:29

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 20-də 58,71 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,84 dollar/barel çoxdur. Modern.az xəbər verir ki, bu barədə "Trend"ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 20-də 58,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,83 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 20-də 54,24 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 1,02 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 20-də 57,04 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,96 dollar/barel çoxdur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır