Modern.az

Bu gündən Məhərrəm ayı başlayır

Bu gündən Məhərrəm ayı başlayır

Aktual

22 Sentyabr 2017, 00:14

Bu gündən etibarən Hicri təqvimi ilə Məhərrəm ayı başlayır. Modern.az xəbər verir ki, yeni Hicri 1439-cu ilin başlanğıcı - Məhərrəm ayının 1-i Miladi təqvimlə 2017-ci il sentyabr ayının 22-nə təsadüf edir.  Məhərrəm ayı oktyabrın 20-də sona çatacaq. Bu ayın 10-cu günü - Aşura oktyabrın 1-nə təsadüf edəcək. Oktyabrın 21-dən isə Səfər ayı başlayacaq.

 

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasında qeyd olunub ki, Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir.

 

Fətvada o da bildirilir ki, son illər təziyə günlərində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən qanvermə aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir və bu humanist ənənə davam etdiriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir