Modern.az

Minlərlə niderlandlı qadından pisuar etirazı

Minlərlə niderlandlı qadından pisuar etirazı

Dünya

22 Sentyabr 2017, 00:43

Niderlandda minlərlə qadın məhkəmənin küçədə ehtiyacı ödəməklə bağlı qərarına etiraz etmək məqsədilə aksiya keçirəcək. Modern.az "Trend"ə istinadən xəbər verir ki, paytaxt Amsterdamda 2 il öncə küçədə yüngül bayıra getdiyi üçün 140 avro cərimə olunan 23 yaşlı Qerte Pininq adlı qadının şikayəti məhkəmənin qərarı səbəbindən ölkədə böyük əks-səda doğurub.

 

Amsterdam məhkəməsi şəhərdə bir çox yerlərdə olan və kişilər üçün nəzərdə tutulan pisuarlardan qadınların da istifadə edə biləcəyini bəyan edərək, Q.Pininqin ayrı-seçkilik adı altında şikayətini əsassız sayıb.

 

Minlərlə holland qadın bu qərara etiraz etmək üçün paytaxtda etiraz keçirməyi qərara alıb.

 

Lakin sentyabrın 22-nə planlaşdırılan aksiya iştirakçılarının sayının çox olacağı ehtmalına görə təhlükəsizlik səbəbindən ləğv olunub. Bunun əvəzində qadınlar pisuardan istifadə edərkən fotolarını çəkib sosial şəbəkələrdə paylaşmaqla etiraz edəcəklər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar