Modern.az

Hacıqabulda məsciddən oğurluq

Hacıqabulda məsciddən oğurluq

22 Sentyabr 2017, 00:30

Hacıqabulda məsciddən oğurluq edən şəxs narkotiklə saxlanılıb. Modern.az APA-ya istinadən xəbər verir ki, Hacıqabulda yerləşən Hacıyadulla məscidi dini icmasından Hacıqabul Rayon Polis Şöbəsinə oğurluq barədə ərizə daxil olub.  Hacıqabul RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı oğurluqda şübhəli bilinən Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş 1978-ci il təvəllüdlü Cahangirov Sirac Şakir oğlu saxlanılıb. Saxlanılan zaman onun üzərindən 0,161 qram heroin aşkar edilərək götürülüb.

 

Oğurlanan əşyalar –ümumilikdə dəyəri 200 manat olan su nasosu, səsgücləndirici və maqnitofon maddi sübut kimi götürülərək istintaq işinə əlavə edilib.

 

Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər