Modern.az

“Siyasi partiyalar haqqında” Qanuna əlavə və dəyişikliklər gündəmdədir

“Siyasi partiyalar haqqında” Qanuna əlavə və dəyişikliklər gündəmdədir

17 Noyabr 2009, 18:25

“Siyasi partiyalar haqqında” Qanuna əlavə və dəyişikliklər gündəmdədir. Münasib vaxtda bu məsələyə baxılacaq”. Modern.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Milli Məcls sədrinin müavini Bahar Muradova bildirib.

Onun sözlərinə görə, bu sənədə əlavə və dəyişiklik yalnız partiyaların büdcə tərəfindən maliyyəməsi ilə bağlı deyil: “Bir sıra məqamlar burada öz əksini tapmalıdır. Partiyaların sərbəstliyi, azadlığı, dövlətlə, cəmiyyətlə münasibətləri tənzimlənməlidir. Bu məsələ ilə bağlı hər hansı problemr yaranmamalıdır. “Siyasi partiyalar haqqında” Qanuna əlavə və dəyişikliklərdə bu kimi məqamlar nəzərə alınacaq”.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq