Modern.az

Dövlət qulluğuna qəbulda hansı yeniliklər olacaq...  

Dövlət qulluğuna qəbulda hansı yeniliklər olacaq...   

22 Sentyabr 2017, 09:01

Bu il dövlət qulluğuna qəbul üzrə müsabiqənin ilk mərhələsi-test imtahanları oktyabrda keçiriləcək.

Modern.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov deyib.

O, bildirib ki, hələlik dövlət qulluğuna qəbulla bağlı ətraflı nəsə demək olmaz.

“Qaydalar tam hazır  və təsdiq olunandan sonra məlumat veriləcək. Həmçinin, bu imtahan bütün dövlət qulluğu vəzifələri üzrə olacaq. İmtahanlarda iştirak edənlər sonda sertifikat alacaqlar. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Həmin sertifikatı alanlar hansısa bir vakant vəzifə üzrə müsahibənin keçirilməsi üçün elan verildikdə şərtlərə uyğun gəlirlərsə, növbəti müsahibə mərhələsində iştirak edə biləcəklər. Sertifikat almaq üçün dövlət qulluğuna test imtahanlarında müvafiq keçid balları olacaq. Namizədlər müvafiq qruplar üzrə müəyyənləşən keçid ballarını topladıqları halda sertifikatı əldə edə biləcəklər”. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir