Modern.az

Köçkün müəllim Prezidentdən kömək istədi - “Məni işdən çıxarırlar”  

Köçkün müəllim Prezidentdən kömək istədi - “Məni işdən çıxarırlar”   

22 Sentyabr 2017, 09:38

Cəbrayıl rayon İ.Tahirov adına Mehdili kənd tam orta məktəbin ali kateqoriyalı ingilis dili müəllimi Əbülfət Alışov Azərbaycan Prezidenti İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya, Baş nazirin müavini, “Dövlətqaçqınkom”un sədri Əli Həsənova, təhsil naziri Mikayıl Cabbarova müraciət edərək, kömək istəyib.

Biləsuvar rayonundakı 7 saylı məcburi köçkün qəsəbəsində məskunlaşan Əbülfət Alışov bildirib ki, o, 2016-2017-ci tədris ilinin sonunadək bu şəhərcikdəki orta məktəbdə müqavilə ilə ingilis dili müəllimi işləyib. Amma yeni tədris ilindən onu işdən uzaqlaşdırırlar:

“Mən uzun illərdir ingilis dili müəllimi olaraq çalışıram. Vaxtilə dərs dediyim şagirdlərim indi mənim ixtisasım üzrə ölkəmizin müxtəlif yerlərində ingilis dili müəllimi işləyirlər. Mən ömrü boyu yalnız təhsil sahəsində çalışmışam, 4 övladımın da ali təhsil almasına müəllim işləməklə nail olmuşam. 16 nəfərdən çox ingilis dili müəllimi yetişdirmişəm. Elə bu il iki nəfər şagirdim Azərbaycan Dillər Universitetinə qəbul olundu.
Müəllimlərin diaqnostik qiymətləndirməsində keçid balı 10 olduğu halda mən 32 bal topaladım.
65 yaşına çatdığım üçün mövcud qaydalara görə, müqavilə ilə 70 yaşa qədər işləyə bilərəm. Əmək fəaliyyətim da digər kriteriyalara uyğun gəlir.
Təəssüf ki, bu il Cəbrayıl rayon Təhsil Şöbəsi mənimlə müqavilənu uzatmaq istəmir. Təhsil Şöbəsindən müraciətimə cavab olaraq bildirilib ki, “Əməkdar müəllim” olmadığımdan belə qərar veriblər. Bu hansı kriteriyada qeyd olunub, izah edə bilmirlər.

Sizdən xahiş edirəm ki, mənim vəziyyətimi nəzərə alıb, əmək müqaviləmin uzadılmasına köməklik göstərəsiniz 
Xahiş edirəm, ədalətin bərpası üçün tədbir görəsiniz”. 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir