Modern.az

İlyas İsmayılov sükutu POZDU: “Vətəndaşlar bizə yardım etməkdən çəkinir”

İlyas İsmayılov sükutu POZDU: “Vətəndaşlar bizə yardım etməkdən çəkinir”

22 Sentyabr 2017, 09:45

“Dünən partiyada Siyasi şuranın üzvləri qurultayla bağlı toplaşmışdılar. Hələ ki, müzakirələr gedir. Qurultayın nə vaxt keçiriləcəyi isə dəqiq məlum deyil”. Bu barədə Modern.az-a açıqlamasında Ədalət Partiyasının sədri, keçmiş deputat İlyas İsmayılov partiyasında  gedən proseslərlə bağlı danışarkən deyib.

 

2018-ci il prezident seçkilərinə qatılıb-qatılmayacağı ətrafında yaranan suallara cavab verməyin tez olduğunu deyən partiya sədri, ölkədə gedən ictimai-siyasi prosesləri izlədiklərini deyib.

 

“Qurultay zamanı hesabat xarakterli məsələlərlə yanaşı, partiyanın gələcək planları da müzakirə olunacaq. Gələcək barədəki planlar haqqında konkret fikir söyləyə bilməyəcəyəm.

 

Qurultay keçirilsin, o zaman bəlli olacaq. Hələlik qurultaya hazırlıq məsələlərini müzakirə etdilər. Partiyamız həmişə olduğu kimi fəaliyyətdədir.

 

Təşkilatlanma işləri aparılır. Partiyanın Siyasi şurası və rəhbərliyi var. O da partiyanın prinsiplərini həyata keçirməkdə fəal iştirak edir. Həmçinin, ölkədə gedən ictimai-siyasi prosesləri də mütəmadi olaraq izləyirik”.

İlyas İsmayılov iqtidar-müxalifət nümayəndələrinin bir araya gəlməsindən  söz açarkən Milli Şuranın ayın 23-də keçiriləcək mitinqə də münasibət bildirib.

 

“Dəvət olunmayan yerə getmirəm. Əgər hər iki tərəfdən hansısa tədbirə dəvət edirlərsə, ya gedirəm, ya da partiyanın nümayəndəsinin iştirakını həyata keçirirəm. Mitinqə gəlincə, Milli Şura üzvlərinə uğurlar arzulayıram. Hər kəsin konstitusion hüququdur ki, mitinq keçirsin, fikirlərini söyləsin”.

İlyas İsmayılov deputat olmadığına görə artıq bəzi millət vəkillərinin qalmaqal yaradan açıqlamalarına əhəmiyyət vermədiyini dilə gətirib.

 

“Qalmaqallı hadisələrə qarışmıram. Özləri bilər. Nəyimə lazımdı kim-kimə nə dedi. Mənim öz işim və yolum var”

 

“Partiyanı əldə saxlamaq çətin deyil ki” isə sualına İsmayılovun cavabı belə olub.

 

“Partiyanın maliyyə tərəflərini özümüz həll edirik. Kimsədən  bir manat belə pul almırıq. Öz hesabımıza partiyanı ayaqda saxlamaq çətin olsa da dözürük. Əslində partiyalar vətəndaşların himayəsi hesabına yaşamalıdır. Ancaq elə ediblər ki, vətəndaşlar bizə yardım etməkdən çəkinirlər. Hakimiyyət partiyaya yardım edən adamları izləyir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir