Modern.az

“Erməni işğalı Azərbaycana bəzi sahələrdə uğur əldə etməyə mane olur”  

“Erməni işğalı Azərbaycana bəzi sahələrdə uğur əldə etməyə mane olur”   

22 Sentyabr 2017, 11:05

“Azərbaycan Respublikası gender bərabərliyi və qadınların sağlamlığı sahəsində bir sıra uğurlar əldə edib.Təbii ki, bizdən asılı olmayan səbəblər bu uğurun artmasına mane olur. Əminəm ki, Ermənistan istisana olmaqla, Şərq Tərəfdaşlığı ölkələrinin hər birində məhz bu amil onların bu sahədə daha çox uğurlar əldə etməsinə mane olan əsas faktordan biridir”.

Modern.az xəbər verir ki, bu sözləri Azərbaycanın Avronest PA-da nümayəndə heyətinin rəhbəri Fuad Muradov Milli Məclisdə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi” mövzusunda çıxış edərkən deyib.

“Ermənistan 25 ildir ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır. Məhz bu amil Azərbaycanın dayanıqlı inkişaf məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının qorunması sahəsində uğur əldə etməyinə mane olan əsas səbəblərdən biridir. Bu işğal nəticəsində Azərbaycanın 20 faiz torpağı hələ də Ermənistan silahlı qüvvələrinin əlindədir, 1 milyondan çox insanımız qaçqın və məcburi köçkün vəziyyətindədir. Məhz onların 52 faizini qadın, 25 faizini isə 5 yaşına qədər uşaqlar təşkil edir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI