Modern.az

Azərbaycan qadınlarının seçilmək hüququnun 100 illiyi qeyd ediləcək.  

Azərbaycan qadınlarının seçilmək hüququnun 100 illiyi qeyd ediləcək.   

22 Sentyabr 2017, 11:53

Azərbaycanda qadın siyasətinə böyük önəm verilir. Gələn il Azərbaycan qadınlarının seçmək, seçilmək hüquqlarının 100 illiyi qeyd ediləcək.

Modern.az xəbər verir ki, bunu Bakıda keçirlən beynəlxalq konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. Onun sözlərinə görə, rəhbəri olduğu Komitənin mövcudluğu Azərbaycanın qadın siyasətinə nə dərəcədə önəm verdiyini göstərir.

H.Hüseynova bildirib ki, gender ekpertizası baxımından Azərbaycanın bütün qanunvericiliyində dəyişikliklər aparılıb:

“Qanunlar var, amma biz elə etməliyik ki, onlar işləsin, insanlar ondan istifadə edə bilsin. Biz bəzi rayonlarımızdakı Ailə Dəstək Mərkəzləri vasitəsilə bir çox layihələr təşkil etmişik. Bu gün gender siyasətinə dövlət, icra orqanı sistemində nail olmuşuq. Bu gün hər bir icra orqanı sistemində rəhbərlikdə heç olmasa, bir qadın müavin var”.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər