Modern.az

Aşura yüksək səviyyədə keçiriləcək – RƏSMİ

Aşura yüksək səviyyədə keçiriləcək – RƏSMİ

Aktual

22 Sentyabr 2017, 12:20

"Qafqaz Müsəlmanları İdarəsinin Aşura tədbirləri bağlı fətvası var və bu fətva kütləvi informasiya vasitələrində yayılıb. Həmin fətvada irəli sürülən bütün mərasimlər məscidlərdə həyata keçiriləcək".

 

Modern.az xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

 

Onun sözlərinə görə, Aşura mərasimləri yüksək səviyyədə, qanun çərçivəsində, fətvada irəli sürülən deyilən fikirlər əsasında həyata keçiriləcək.

 

"Dövlət Komitəsinin respublikanın rayonlarında şöbələri, nümayəndələri var. Biz məscidlərdə vaxtaşırı monitorinqlər keçiririk. Bu cür monitorinqlər davam etdiriləcək.

 

Təbii ki, bu monitorinqlərin məqsədi qanuna əməl edilib - edilməməsi haqqında məlumatlanmaqdır".

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub