Modern.az

“Şəhadət” təqdim olundu – Şəhidlərlə dini fanatiklər müqayisə edildi

“Şəhadət” təqdim olundu – Şəhidlərlə dini fanatiklər müqayisə edildi

Aktual

22 Sentyabr 2017, 12:26

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin(DTX) Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə olan, eləcə də dini fanatizm, radikalizm və ekstremizm meyllərinə qarşı preventiv xarakter daşıyan "Şəhadət" sənədli filminin təqdimat mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, təqdimat mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsiyi Xidməti, Müdafiə və Daxili İşlər nazirliklərinin Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti və əməkdaşları, Yeni Azərbaycan Partiyasının fəal gəncləri iştirak ediblər.

 

Jurnalistlərə açıqlama verən Dini  Komitənin sədri Mübariz Qurbanlı deyib ki, dini radializm və xurafata qarşı aparılan mübarizədə ən mühüm dini maarifləndirmədir.

 

"Dini maarifləndirmənin həyata keçirilməsi üçün filmələrin çəkilməsi olduqca vacibdir. Bu gün dini maarifləndirmə sahəsində Qafqaz Müsəlmanlar idarəsi ilə birikdə mühüm işlər görürük".

 

"Şəhadət" sənədli filmi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinə həsr olunub.

 

Filmdə Vətənimiz uğrunda şəhadətə qovuşmuş qəhrəmanlarımızla yanaşı, dini fanatizm və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən də bəhs olunur.

 

Bu iki müxtəlif amal uğrunda mübarizə aparmış Azərbaycan gənclərinə bütövlükdə cəmiyyət, o cümlədən onların ailələri, yaxınları və dostları tərəfindən göstərilən fərqli münasibət diqqətə çatdırılır.

 

Göstərilir ki, Vətənin şəhadəti uğrunda canından keçənlər həm cəmiyyətin, həm ailələrinin qürur mənbəyi olublar. Lakin  radikalizm və ekstremizmin qurbanına çevirilərək qanunu pozanlara isə həm cəmiyyətdə, həm də ailələrdə münasibət mənfidir.

 

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinə - gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə olan, eləcə də dini fanatizm, radikalizm və ekstremizm meyllərinə qarşı preventiv xarakter daşıyan filmin rejissoru və ssenari müəllifi Nadir Bədəlov, məsləhətçiləri Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavinləri Səyavuş Heydərov və Gündüz İsmayılovdur.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı