Modern.az

Gələn ilin büdcəsində gəlirlər artacaq - AÇIQLAMA

Gələn ilin büdcəsində gəlirlər artacaq - AÇIQLAMA

İqtisadiyyat

22 Sentyabr 2017, 12:33

Sentyabrın 21-də baş nazir Artur Rasizadənin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinə, sonrakı üç il üçün icmal büdcənin göstəricilərinə, 2018-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə, habelə büdcə zərfinə daxil olan bir sıra normativ hüquqi sənədlərin layihələrinə baxılıb.

 

Büdcə layihəsi ətrafında aparılan geniş müzakirələrin yekununda əlaqədar nazirlik, komitə, idarə və təşkilatlarla birlikdə müvafiq dövlət proqramları əsasında hazırlanan “ 2018-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2018-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri”nin bəyənilib.

 

“Büdcə sistemi haqqında” qanuna əsasən büdcə zərfinə daxil olan sənədlər toplusunun Azərbaycan prezidentinə təqdim olunması qərara alınıb.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a deyib ki, növbəti ilin büdcəsində əsas məsələ yenə də neftin 1 barrelinin hansı məbləğdən götürüləcəyindən asılı olacaq:

 

“2017-ci ilin dövlət büdcəsi 40 dollardan hesablanmışdı. Bu il neftin qiymətlərinin yüksək götürülməsi fikirləri var. Bizi əsasən sosial layihələr maraqlandırır.

 

Çünki ölkə başçısının göstərişilə dövlət büdcəsindən təxminən 35 faiz sosial layihələrə ayrılıb. Neftin qiyməti 40, 45, 50 dollardan götürülməsi neftin dünya bazarlarındakı qiymətindən asılı olacaq.

 

Qeyri-neft sektoru inkişaf mərhələsinə qədəm qoyur. Bu sahədən də gəlirlərin artacağı proqnozları var. Hələlik rəqəmlərə bizə də verilməyib”.

V.Əhmədov deyib ki, büdcənin 40 dollardan hesablanması daha məqsədəuyğundur:

 

“Çünki, əlavə gəlir gələcəksə belə, bu, dövlət büdcəsinə yönəldiləcək”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı