Modern.az

Erməni deputat Bakıda xahiş etdi

Erməni deputat Bakıda xahiş etdi

22 Sentyabr 2017, 12:54

“Burada humanist mühitdən itifadə edib Dağlıq Qarabaq mövzusunu müzakirəyə çıxarmayaq. Qarşıqlı nifrət aşılamayaq. Bizim gələcək nəsillərin bu düşmənçiliyi davam etdirməsinə şərait yaratmayaq. Onsuz da Azərbaycanda erməni xalqına qarşı xüsusi nifrət aşılanır. Xahiş edirəm belə etməyin”.

 

Modern.az xəbər verir ki, bunu bu gün Bakıda Milli Məclis, Avronest Parlament Assambleyasının Sosial məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyətləri üzrə komitəsi“, Əhali və İnkişaf üzrə Avropa Parlament Forumunun və BMT-nin Azərbaycandaki ofisinin birgə təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə dair Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi” mövzusunda keçirilən konfansda Ermənistan parlamentinin Avronest PA-da nümayəndə heyətinin rəhbəri Armen Aşotyan deyib.

 

Onun sözlərinə görə, Avronest PA onlar üçün onlar üçün çox vacibdir:

 

“Çox saq olun ki, bizi dəvət etmisiniz. Burada olmağımız şansdır ki, belə bir bir mühüm mövzuya həsr olunmuş konfransı yeni antierməni təbliğatına çevirməyək”.

 

Təhsil nazirinin müavini Ceyhun Bayramov isə bildirib ki, Azərbaycanda xalqlar arası dözümsüzlüyə dövlət səviyyəsində yol verilmir:

 

“O cümlədən erməni xalqına nifaq və dözümsüzlük Azərbaycan məktəblərində təbliğ edilmir. Biz Azərbaycan torpaqlarının işğalı faktından danışıqda, bəzilərinin öz ölkələrinin köçkün olmasından danışırıqsa, problemin kökününü başa düşməliyik insanlar bütün tarixi həqiqətləri bilməlidirlər”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı