Modern.az

DJ Tural “AvtoStop”da yeni layihəyə başlayır

DJ Tural “AvtoStop”da yeni layihəyə başlayır

22 Sentyabr 2017, 14:24

Həyata keçirdiyi layihələrlə qulaqlarımızın dostu olmuş və sürücülərin öz hüquqlarını, vəzifələrini və qanuni tənzimləmələri öyrəndiyi DJ Tural (Yusifov) yeni layihə ilə qarşımıza çıxacaq.

 

Sosial şəbəkədə yayımladığı video ilə yeni rubrikanı elan edən Tural, bu dəfə sığorta məsələsinin dərinliklərinə gedəcəyini bəyan edib.

 

‘’Niyə məhz kasko?’’ sualına isə Turalın cavabı bir çox məsələyə aydınlıq gətirir.

Tural hesab edir ki, sürücülərin məlumatsızlığı, bəzi şirkətlərin bu və ya digər yolla ödənişdən qaçması, sürücülərin hüquqlarının pozulması və s.onu göstərir ki, ölkəmizdə kasko sığortası mədəniyyəti bir o qədər də inkişaf etməyib.

 

Sığorta eksperti Xəyal Məmmədxanlı ilə birlikdə sürücülərin avtomobil sığortası barədə suallarına aydınlıq gətiriləcək və cavablandırılacaq.

Qeyd edək ki, Tural bu layihəni həm də sosial məsuliyyət layihəsi kimi görür. Çünki sürücülərin əksəriyyəti öz hüquqlarını bilmədiyi üçün sığorta şirkətlərinin təklif etdiyi xidmətlərdən yararlana bilmir.

Veriliş 25 sentyabrdan həftə içi hər gün 18:30-dan 19:30-dək yayımlanacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?