Modern.az

“AAAF Park” rəhbərinin həbsi təkzib edilir - RƏSMİ  

“AAAF Park” rəhbərinin həbsi təkzib edilir - RƏSMİ   

22 Sentyabr 2017, 14:58

Baş Prokurorluq “AAAF Park” şirkətinin rəhbəri, tanınmış iş adamı Tofiq Heydərovun həbs edilməsi ilə bağlı iddialara cavab verib.

 

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Modern.az-a məlumatları təkzib edib.

O bildirib ki, bəzi kütləvi informasiya vasitələrində “AAAF Park” Yaşayış Kompleksində guya prokurorluq əməkdaşları tərəfindən axtarış aparılması ilə bağlı yayılmış informasiyalar həqiqəti əks etdirmir.

 

“AAAF Park”ın əmlakına həbs qoyulduğu və sahibinin həbs edildiyi barədə mediada yayılan xəbərlərə şirkətin hüquqşünası Səbuhi Axundov  münasibət bildirib. O, Lent.az-a bildirib ki, şirkətin əmlakına həbs qoyulması barədə yanlış məlumatların yayılmasının səbəbi bu gün Ədliyyə Nazirliyi Abşeron rayon İcra Şöbəsinin əməkdaşlarının ipoteka yükü olan əmlaklara baxış keçirməsidir: "İcra məmurları əmlakın faktiki vəziyyəti ilə tanış olublar. Bu proseduranı isə böyüdərək guya şirkətin əmlaklarına həbs qoyulduğu kimi təqdim ediblər".

 

Məlumata görə, icra məmurları şirkət rəhbərliyinə sadəcə əmlakları sata bilməyəcəkləri barədə xəbərdarlıq ediblər. 

 

S.Axundov şirkətin təsisçisi Tofiq Heydərovun həbs edilməsi xəbərinə də münasibət bildirib. O deyib ki, bu xəbər də həqiqəti əks etdirmir: “Tofiq müəllim hazırda Kosovodadır və Ağır Atletika Federasiyasının nümayəndə heyətinin tərkibində yarışda iştirak edir".

 

Qeyd edək ki, Vergilər Nazirliyində "AAAF Park"ın digər həmtəsisçisi Ruslan Xanverdiyev barəsində cinayət işi açılıb, lakin sonradan o, vergi borclarını hissə-hissə ödəməyi öhdəsinə götürdüyü üçün iş dayandırılıb.  

 

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi