17 dekabr 2017, Bazar
Ana Səhifə - GÜNDƏM - ADU-da Ülvi Bünyadzadənin anım günü keçirilib
ADU-da Ülvi Bünyadzadənin anım günü keçirilib
22.09.2017, 15:31

Sentyabrın 22-də Azərbaycan Dillər Universitetində (ADU) Auditoriya+ proqramı çərçivəsində 20 Yanvar şəhidi, ADU-nun tələbəsi olmuş Ülvi Bünyadzadənin anadan olmasının 48-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.


Şəhid tələbəmizin əziz xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla tədbirin Ü.Bünyadzadənin doğum günü və onun adına təsis edilən auditoriyanın açılışına həsr olunduğunu qeyd edib. “Ülvi ölkəmizin müstəqilliyi uğrunda həyatını düşünərəkdən fəda edən bir azərbaycanlı gəncidir”-deyən K.Abdulla onun xatirəsinin əbədi olaraq qəlbimizə həkk olunduğunu bildirib: “Mən Ülvi Bünyadzadəni çox səbrli, işıqlı gənc kimi xatırlayıram. Onun dərslərdə və dərsdən kənarda özünü aparması, yoldaşları və müəllimləri ilə davranışı son dərəcə nümunəvi tərzdə idi. O, müstəqilliyimiz uğrunda gənc yaşlarından fəaliyyətə başlamışdı. O zaman SSRİ tərkibindən ayrılmağa hazırlaşan bir ölkənin başının üstünü qara buludlar almağa başlayırdı və Ülvi Bünyadzadə o buludları dağıdanlardan biri oldu. Ondan sonra Azərbaycanda ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ölkəmizi böyük bir faciədən xilas etdi. Ulu öndər 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini əbədiləşdirmək, bu hadisəyə siyasi qiymət vermək istiqamətində çox işlər görüb. O, SSRİ hakimiyyətinə nifrətlə etirazını bildirib, bunu dünyaya bəyan etdi. Ülvi Bünyadzadə və onun kimi vətənsevərlərin xatirəsinə bu cür ehtiramla münasibət bəslədi. Mən güman edirəm ki, Ülvi bugünkü Azərbaycanı görsəydi, öz arzularının çin olduğunu düşünər, gənclərimizlə fəxr edərdi”.

 

Çıxışının sonunda rektor hər kəsin vətənə, millətə münasibətdə Ülvini örnək götürməsinin vacibliyini, onun yolunun davam etdirilməsinin vətəndaşlıq borcumuz olduğunu sözlərinə əlavə edib.


Tədbirdə iştirak edən şəhid tələbənin bacısı, professor Könül Bünyadzadə universitetdə yaradılan, müasir standartlara cavab verən yeni auditoriyaya Ü.Bünyadzadənin adının verilməsini onun xatirəsinə olan ehtiram kimi qiymətləndirib və buna görə universitet rəhbərliyinə təşəkkürünü bildirib. “İradəli gənci heç bir güc öz təsiri altına ala bilmir”- deyən K.Bünyadzadə qardaşı haqqında danışarkən onun da öz iradəsinə doğru getdiyini, qəlbinin hər zaman azadlıq duyğusu ilə doyündüyünü vurğulayıb.

Universitetin Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev Ü.Bünyadzadə ilə bağlı xatirələrini iştirakçılarla bölüşüb: “20 Yanvar gecəsi çox adam istəyərdi ki, günahsız xalqa qarşı törədilən qırğının qarşısını alsın, amma Ülvinin böyüklüyü onda idi ki, o, cəsarət taparaq həmin gecə tankların qabağına çıxdı”. Professor tələbələrə universitetdə yaradılan şəraitdən və dil bilgisindən istifadə edərək Azərbaycan reallıqlarını və Ülvi kimi qəhrəmanlarımızı dünyaya tanıtmağı tövsiyə edib. 

ADU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Adil Babayev Ü.Bünyadzadənin tələbəlik illərindən bəhs edib, onu təmiz qəlbli, vətənpərvər, gözəl bir insan kimi xarakterizə edib.

Qeyd edək ki, Ülvi Yusif oğlu Bünyadzadə 23 sentyabr 1969-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmənli kəndində ziyalı ailəsində dünyaya göz açıb. Ülvi Bünyadzadə ibtidai təhsilini Kəsəmən kəndində, orta təhsilini (1986) isə Daşkəsən şəhərində alıb. 1987-ci ildə SSRİ-nin 50 illiyi adına APXDİ-nin İngilis dili fakültəsinə daxil olub. Ülvi ərəb, fars, latın, özbək dillərində (sərbəst öyrənməklə) yazıb-oxumağı, ingilis, rus dillərini isə mükəmməl bilirdi.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Qazaxda avtoqəza: iki əcnəbi yaralandı
17.12.2017, 17:28

Qazaxda avtoqəza: iki əcnəbi yaralandı

Ərdoğan ABŞ-ın nüvə dövləti statusuna qarşı çıxıb
17.12.2017, 17:12

Ərdoğan ABŞ-ın nüvə dövləti statusuna qarşı çıxıb

Orxan Zeynalovun atası : ““Səbrli ol” deyirlər, amma...”
17.12.2017, 16:25

Orxan Zeynalovun atası : ““Səbrli ol” deyirlər, amma...”

Kiyevdə Saakaşvili tərəfdarlarının aksiyası başlayıb
17.12.2017, 16:02

Kiyevdə Saakaşvili tərəfdarlarının aksiyası başlayıb

Yeni il ərəfəsində əfv gözləntilərinə NÖQTƏ QOYULDU
17.12.2017, 15:24

Yeni il ərəfəsində əfv gözləntilərinə NÖQTƏ QOYULDU

Avropa üçün daha bir “İsgəndər” TƏHLÜKƏSİ...
17.12.2017, 15:11

Avropa üçün daha bir “İsgəndər” TƏHLÜKƏSİ...

“Bizim nəsildə belə şey olmayıb” - arvadını bıçaqlayan qısqanc ərin cəzası azaldıldı   
17.12.2017, 15:07

“Bizim nəsildə belə şey olmayıb” - arvadını bıçaqlayan qısqanc ərin cəzası azaldıldı  

Azərbaycan jurnalistlərinin müəllimi  Şirməmməd Hüseynov 93 yaşında
17.12.2017, 15:02

Azərbaycan jurnalistlərinin müəllimi  Şirməmməd Hüseynov 93 yaşında

“Sarı İt ilində rüşvətxor məmurlarımız üzlərini sərt silləyə hazır tutsunlar” - PROQNOZ - MÜSAHİBƏ
17.12.2017, 14:42

“Sarı İt ilində rüşvətxor məmurlarımız üzlərini sərt silləyə hazır tutsunlar” - PROQNOZ - MÜSAHİBƏ

Yol polisi peşəkar velosipedçiləri saxlayıb cərimə meydançasına apardı - VİDEO
17.12.2017, 14:06

Yol polisi peşəkar velosipedçiləri saxlayıb cərimə meydançasına apardı - VİDEO

Deputatların “BAZAR GÜNÜ”: “Bəzən bazar günləri belə yorğunluğu çıxartmağa kömək etmir”
17.12.2017, 13:48

Deputatların “BAZAR GÜNÜ”: “Bəzən bazar günləri belə yorğunluğu çıxartmağa kömək etmir”

Avropalı deputatdan çağırış: “Azərbaycan qaz borusuna qarşı çıxanlar dəmir yumruqla əzilməlidir”
17.12.2017, 13:16

Avropalı deputatdan çağırış: Azərbaycan qaz borusuna qarşı çıxanlar dəmir yumruqla əzilməlidir

Sabaha olan hava PROQNOZU: YAĞIŞ YAĞACAQ
17.12.2017, 13:06

Sabaha olan hava PROQNOZU: YAĞIŞ YAĞACAQ

Bakıda böyük tikinti şirkətinin rəhbəri həbs olundu   
17.12.2017, 12:56

Bakıda böyük tikinti şirkətinin rəhbəri həbs olundu  

Dünyanın ən dik  funikulyoru istifadəyə veriləcək - İSVEÇRƏDƏ - FOTOLAR
17.12.2017, 12:38

Dünyanın ən dik  funikulyoru istifadəyə veriləcək - İSVEÇRƏDƏ - FOTOLAR

Surət Hüseynov enerji və maliyyə biznesi ilə məşğuldur 
17.12.2017, 11:53

Surət Hüseynov enerji və maliyyə biznesi ilə məşğuldur 

Yavər Camalov Ermənistanı qorxuya salacaq açıqlama verdi 
17.12.2017, 11:39

Yavər Camalov Ermənistanı qorxuya salacaq açıqlama verdi 

Əkrəm Əylisli: “Xəstə olduğumu desəm, Rasim Balayevin gününə düşəcəm”
17.12.2017, 11:35

Əkrəm Əylisli: “Xəstə olduğumu desəm, Rasim Balayevin gününə düşəcəm”

22 yaşlı gənc intihar etdi - GÖYGÖLDƏ
17.12.2017, 11:32

22 yaşlı gənc intihar etdi - GÖYGÖLDƏ

O biri “dünyadan” oğurluq edənlər
17.12.2017, 10:32

O biri “dünyadan” oğurluq edənlər

Cakartada Qüdsə görə etiraz aksiyaları başlayıb
17.12.2017, 10:25

Cakartada Qüdsə görə etiraz aksiyaları başlayıb

Övladı autizm olan tanınmış jurnalist: “Dəstək versələr, 2 ilə ciddi nəticə əldə etmək olar”
17.12.2017, 09:57

Övladı autizm olan tanınmış jurnalist: “Dəstək versələr, 2 ilə ciddi nəticə əldə etmək olar”

Azərbaycanda iki silah zavodu açılacaq
17.12.2017, 09:49

Azərbaycanda iki silah zavodu açılacaq

Müdafiə Nazirliyi cəbhədəki son durumla bağlı məlumat yaydı
17.12.2017, 09:41

Müdafiə Nazirliyi cəbhədəki son durumla bağlı məlumat yaydı

Rəsulzadəni qınadığı üçün sonralar ondan üzr istəyən nazir oğlu- Tarixi sənəd
17.12.2017, 01:14

Rəsulzadəni qınadığı üçün sonralar ondan üzr istəyən nazir oğlu- Tarixi sənəd

“Qoçu” ifadəsinin maraqlı yaranma tarixçəsi- Köhnə Bakı xatirələri
17.12.2017, 00:35

“Qoçu” ifadəsinin maraqlı yaranma tarixçəsi- Köhnə Bakı xatirələri

17.12.2017, 00:16

"Real Madrid" 3-cü dəfə qalib oldu

Fransada məscid bağlandı
16.12.2017, 23:57

Fransada məscid bağlandı

Saakaşvilidən Poroşenkoya barışıq təklifi
16.12.2017, 23:41

Saakaşvilidən Poroşenkoya barışıq təklifi

Bakıda bahalı qırqovul əti
16.12.2017, 23:23

Bakıda bahalı qırqovul əti

Azərbaycanda qeyri-adi toy - Video
16.12.2017, 23:11

Azərbaycanda qeyri-adi toy - Video

“Qarabağ”ın futbolçusu evləndi - Foto
16.12.2017, 23:05

“Qarabağ”ın futbolçusu evləndi - Foto

Şəki sakini gənc qonşusunun qanını tökdü
16.12.2017, 22:58

Şəki sakini gənc qonşusunun qanını tökdü

Qurban Qurbanov hər il üçün 1 milyon manat alacaq
16.12.2017, 22:46

Qurban Qurbanov hər il üçün 1 milyon manat alacaq

Bitkoinin qiyməti 19 min dolları ötüb
16.12.2017, 22:33

Bitkoinin qiyməti 19 min dolları ötüb

ARXİV
SORĞU
Xaricdəki hansı iş adamı Azərbaycana daha çox bağlıdır?
Vahid Ələkbərov(0.12%)
Araz Ağalarov (12.9%)
Mübariz Mənsimov (16.9%)
Fərhad Əhmədov(13.3%)
Füzuli Məmmədov(53.6%)
Telman İsmayılov (0.12%)
İsgəndər Xəlilov(0.08%)
Vaqif Məmişov(0.08%)
Heç biri(1.79%)
Digərləri(0.87%)