Modern.az

Cənubi Qafqaz respublikalarının Milli Qəhrəmanları - Kimdə az, kimdə çoxdur?..

Cənubi Qafqaz respublikalarının Milli Qəhrəmanları - Kimdə az, kimdə çoxdur?..

22 Sentyabr 2017, 15:42

Cənubi Qafqaz respublikaları müstəqillik əldə etdikdən sonra yeni dövlət təsisatları və milli orqanlarla yanaşı, ali orden və medalların tərtibatına da başladı. Ən yüksək fəxri adlar arasında “Milli Qəhrəman” adı xüsusi önəm daşıyırdı.

 

İstər Ermənistan, istər Azərbaycan, istərsə də Gürcüstan 26 illik müstəqillik tarixində hərbi konfliktlərdə iştirak etdiyi üçün “Milli Qəhrəman” adı daşıyanların sayı az deyil. Lakin onların sayı ölkələrdən asılı olaraq müxtəlidir. Belə ki, Gürcüstanda "Milli Qəhrəman" adını 11, Ermənistanda 16, Azərbaycanda isə 215 nəfər daşıyır.

 

Modern.az-ın məlumatına görə, Gürcüstanda  “Milli Qəhrəman” Ordeni 2004-cü il iyunun 24-də parlamentin qərarı ilə təsis edilib. Ölkənin ən ali mükafatı sayılan “Milli Qəhrəman” ordeni bu günə qədər 14 nəfərə verilib. Onlar arasında ABŞ senatının üzvü Con Makkeyn də var. İlk olaraq bu mükafat Abxaziya Nazirlər Sovetinin sədri, 1993-cü ilin avqusutnda Suxumidə öldürülən Jiuli Şartavaya verilib. Sonuncu dəfə isə ali mükafat 2015-ci ildə verilib. 1921-ci ildə Sovet İttifaqının Gürcüstana müdaxiləsi zamanı insanları xilas edən tibb bacısı Maro Makaşvili (1902-1921) bu adı alıb.

 

Ermənistanda isə 1994-cü ilin 1 aprelində qəbul olunmuş qanunla "Milli Qəhrəman" adı ölkənin ali fəxri adıdır. 1994-cü ildən bəri bu ada 16 nəfər layiq görülüb. İlk dəfə 1994-cü il avqustun 18-də bu ad bütün ermənilərin katolikosu I Vazgenə verilib. Sonuncu dəfə bu adı isə erməni mənşəli argentinalı biznesmen Eduardo Ernekyan bu il sentyabrın 21-də alıb. Ermənistanın "Milli Qəhrəmanları" arasında amerikalı milyarder Kirk Kirkoryan, fransalı müğənni Şark Aznavur və SSRİ Nazirlər Sovetinin sədri (1985-1991) Nikolay Rıjkov da var.

 

Azərbaycana gəlincə, "Milli Qəhrəmanlar haqqında" qanun 1992-ci il martın 25-də qəbul olunub. Həmin ilin iyulun 6-dan bu günə qədər 215 Azərbaycan vətəndaşı bu fəxri ada layiq görülüb.
Sonuncu dəfə 2017-ci il fevralın 7-də prezident İlham Əliyevin sərıəncamı ilə Çingiz Salman oğlu Qurbanov bu fəxri ada layiq görülüb. Azərbaycanın 18 Milli Qəhrəmanı sağdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır