Modern.az

İlham Əliyev Səudiyyə Ərəbistanı kralını təbrik etdi  

İlham Əliyev Səudiyyə Ərəbistanı kralını təbrik etdi  

22 Sentyabr 2017, 18:02

Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu göndərib. Məktubda deyilir:
 

“Əlahəzrət,

Əziz Qardaşım,

Səudiyyə Ərəbistanının milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Əminəm ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasındakı münasibətlər qardaş xalqlarımızın iradəsinə uyğun olaraq daim qarşılıqlı inam, etimad və dəstək ruhunda inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Səudiyyə Ərəbistanının qardaş xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər