20 iyul 2018, Cümə
Ana Səhifə - GÜNDƏM - Azərbaycan üzv dövlətlərdə silahlı münaqişələrdən narahatdır
Azərbaycan üzv dövlətlərdə silahlı münaqişələrdən narahatdır
22.09.2017, 22:52

"Azərbaycan hər zaman çoxmədəniyyətlilik və dinlərarası dialoqun təşviqi və genişləndirilməsi prosesinə töhfə verməyə çalışıb. Müxtəlif dinlər, xalqlar və sivilizasiyaların nümayəndələri arasında daha yaxşı anlaşmanının yaradılması məqsədi daşıyan bir çox tədbirə ev sahibliyi etmişik. Mədəni və dini rəngarəngliyə əsaslanan, ayrı-seçkiliyin mövcud olmadığı cəmiyyətin yaradılması mümkündür və Azərbaycan buna parlaq nümunədir. Azərbaycan bu ilin may ayında “Mədəniyyətlərarası Dialoqun İrəlilədilməsi-insan təhlküəsizliyi, sülh və davamlı inkişaf naminə yeni imkanlar” mövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq üzrə Forumuna uğurlu ev sahibliyindən məmnundur. Biz həmçinin, birgə səylərimizin müsəlmanlar arasında birlik, dostluq və qardaşlıq bağlarının möhkəmləndirilməsinə yardım edəcəyinə ümid edirik". Modern.az xəbər verir ki, xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üzv dövlətlərinin Xarici İşlər Nazirlərinin illik əlaqələndirmə görüşündə çıxış edib.

E.Məmmədyarov qeyd edib ki, Azərbaycan bir sıra regionlarda daha böyük təhlükəsizlik çağırışları, siyasi qeyri-sabitlik və irimiqyaslı yerdəyişmələr və misligörünməmiş humanitar böhranlara yol açan bir sıra İƏT üzv dövlətlərində müharibə və silahlı münaqişələrin mövcudluğundan ciddi narahatdır:

"İlk olaraq, vurğulamaq istərdim ki, Myanmarda Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan hökuməti tərəfindən 100 ton humanitar yardım göndərilib. Dünyanın bəzi hissələrində İslamın yanlış anlaşılması ilə bağlı vəziyyət İslamofobiyaya qarşı birgə fəaliyyətimizi möhkəmləndirməyə zərurət olduğunu təsdiq edir.

Biz Fələstin Dövlətinə münasibətdə artan beynəlxalq dəstəyi görməkdən məmnunuq. Qardaş Fələstin xalqının sülh, sabitlik və inkişaf uğrunda mübarizəsinə Azərbaycanın tam dəstəyini bir daha bəyan etmək istərdim. Azərbaycan Fələstin münaqişəsinin, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla, iki dövlət həllini davamlı olaraq dəstəkləyir.

20-21 iyul 2017-ci il tarixində Azərbaycan BMT-nin Fələstin xalqının Ayrılmaz Hüquqlarının tətbiqi üzrə Komissiyanın, Humanitar məsələlərin Əlaqələndirilməsi üzrə Ofisinin, İƏT-in və digər QHT və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə Qüds məsələsi üzrə Beynəlxalq Konfransa ev sahibliyi edib. Konfransın yekunu olaraq təşkilatçılar adından qəbul edilmiş Kommunikedə Əl-Əqsa məscidinin bağlanması və orada ibadətə qoyulan məhdudiyyətlər qınanılıb".

Elmar Məmmdəyarov Ermənistanın Azərbaycana qarşı təcavüzünə münasibətdə göstərdiyi tam dəstəyə görə Azərbaycan hökuməti və xalqı adındanTəşkilata və onun üzv dövlərinə dərin təşəkkürünü bildirib.

"Bu təcavüz Azərbaycan torpaqlarının 20 faizinin işğalı və etnik təmizlənmə nəticəsində 1 milyon azərbaycanlının öz doğma torpaqlarından didərgin düşməsi ilə nəticələnib.

Azərbaycan Respublikası bir daha bəyan edir ki, öz ərazilərinin işğalı ilə heç vaxt barışmayacaq. Münaqişənin həlli yalnız və yalnız Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür.

Bu xüsusda, Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İƏT Əlaqələndirmə Qrupu toplantısının 19 sentyabr 2017-ci ildə BMT Baş Qərargahında keçirilmiş iclasının hesabatını yüksək qiymətləndiririk.

Ermənistan siyasi-hərbi rəhbərliyinin bəyanatları, müharibə ritorikası və substantiv danışıqları boykot etməsi və şərtlər irəli sürməsi münaqişənin tənzimlənməsinə konstruktiv yanaşmaya niyyətli olmadığını açıq-aşkar göstərir.

Bildiyiniz kimi, bu il Xocalı soyqırımının 25-ci ildönümü qeyd olunur. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Xocalı şəhərinə müxtəlif istiqamətlərdən hücum edilib. Nəticədə Ermənistan silahlı qüvvələri keçmiş Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) 366 saylı moto atıcı alayının köməyi ilə Xocalının işğalını həyata keçirdilər. İşğalçılar Xocalını darmadağın etdilər və xüsusi amansızlıqla onun dinc əhalisinin qırğınını həyata keçirdilər. Nəticədə 106-ı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla, 613 mülki şəxs öldürüldü. 1000 nəfər yaralandı və 1275 nəfər əsir götürüldü. İndiyə qədər, Xocalının 150 sakini itkin hesab olunur. Sadəcə azərbaycanlı olduqları üçün Xocalının mülki əhalisinin məqsədli şəkildə qırğını həyata keçirilib.

Fürsətdən istifadə edərək, İƏT Baş katibi Yusif bin Əhməd əl-Useyminə və üzv dövlətlərə “Ermənistanın Azərbaycana qarşı təcavüzü”, “1992-ci il Xocalı qırğını qurbanları ilə həmrəylik” və “Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam tarixinə və mədəniyyətinə aid abidələrin dağıdılması” başlıqlı qətnamələrin, eləcə də İƏT Nazirlər Şurasının 10-11 iyul 2017-ci il tarixində Abicanda keçirilmiş 44-cü iclası çərçivəsində digər sənədlərin qəbulunda ədalətli mövqeyi və dəstəyinə görə bir daha təşəkkürümü bildirirəm", - deyə XİN rəhbəri bildirib.

O həmçinin əlavə edib ki, Azərbaycan İƏT və Qoşulmama Hərəkatına üzv dövlətlər arasından EXPO-2025-ə yeganə namizəddir və Azərbaycanın namizədliyinin dəstəklənməsi xahişi ilə möhtərəm üzv dövlətlərə məktubla müraciət olunub.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
ABŞ müdafiə naziri Türkiyəni sakitləşdirməyə çalışdı
20.07.2018, 10:25

ABŞ müdafiə naziri Türkiyəni sakitləşdirməyə çalışdı

“Şollerin arxivi” bədii filminə daha bir təqdimat keçirildi
20.07.2018, 10:16

“Şollerin arxivi” bədii filminə daha bir təqdimat keçirildi

Salyanda ağır qəza: 5 yaralı
20.07.2018, 10:00

Salyanda ağır qəza: 5 yaralı

Bakıda mikroavtobus yük maşınına çırpıldı - 10-dan çox yaralı var
20.07.2018, 09:59

Bakıda mikroavtobus yük maşınına çırpıldı - 10-dan çox yaralı var

I və IV qruplar üzrə test tapşırıqlarının izahı açıqlandı   
20.07.2018, 09:47

I və IV qruplar üzrə test tapşırıqlarının izahı açıqlandı  

Keçmiş prezidentin həbs müddəti 30 ilədək artırıla bilər   
20.07.2018, 09:43

Keçmiş prezidentin həbs müddəti 30 ilədək artırıla bilər  

Azərbaycanın İnterpol xətti ilə axtarışa verdiyi türkiyəli sahibkarlar...
20.07.2018, 09:36

Azərbaycanın İnterpol xətti ilə axtarışa verdiyi türkiyəli sahibkarlar...

Təhsil və Mədəniyyət nazirliklərində işləmək üçün elan edilən müsahibə başa çatdı
20.07.2018, 09:27

Təhsil və Mədəniyyət nazirliklərində işləmək üçün elan edilən müsahibə başa çatdı

Berlindən Buxarestə qədər azərbaycanlılar, yaxud diasporla bağlı nikbin gələcək
20.07.2018, 09:22

Berlindən Buxarestə qədər azərbaycanlılar, yaxud diasporla bağlı nikbin gələcək

Axtarışda olan daha 26 nəfər tutuldu
20.07.2018, 08:42

Axtarışda olan daha 26 nəfər tutuldu

AvroLiqada 43 klub II mərhələyə çıxdı - Bizimkilər biabır oldu - Bütün NƏTİCƏLƏR   
20.07.2018, 08:40

AvroLiqada 43 klub II mərhələyə çıxdı - Bizimkilər biabır oldu - Bütün NƏTİCƏLƏR  

Aldadılan sənətçilər - Könül, Məleykə, Aygün...   
20.07.2018, 08:31

Aldadılan sənətçilər - Könül, Məleykə, Aygün...  

Məşhur idmançını kimlər öldürüb?   
20.07.2018, 08:21

Məşhur idmançını kimlər öldürüb?  

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
20.07.2018, 08:15

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

26 gündəlik qəzetə 998 min manat verildi - SİYAHI
20.07.2018, 01:07

26 gündəlik qəzetə 998 min manat verildi - SİYAHI

20.07.2018, 00:55

"Neftçi" Avroliqada mübarizəni dayandırdı - Yenilənib

Tramp Putinlə Vaşinqtonda görüşəcək
20.07.2018, 00:44

Tramp Putinlə Vaşinqtonda görüşəcək

İraqda qarşıdurma: 12 ölü, 571 yaralı
20.07.2018, 00:36

İraqda qarşıdurma: 12 ölü, 571 yaralı

ABŞ hərbi gəmisi belə partladıldı - VİDEO
20.07.2018, 00:22

ABŞ hərbi gəmisi belə partladıldı - VİDEO

İlham Əliyev “Airbus” şirkətinin vitse-prezidenti ilə görüşüb   
20.07.2018, 00:08

İlham Əliyev “Airbus” şirkətinin vitse-prezidenti ilə görüşüb  

Azərbaycan nefti cüzi ucuzlaşıb
19.07.2018, 23:50

Azərbaycan nefti cüzi ucuzlaşıb

“Qəbələ” də Avroliqa ilə vidalaşdı
19.07.2018, 23:37

“Qəbələ” də Avroliqa ilə vidalaşdı

İlham Əliyev Fransada Qarabağ məsələsini müzakirə etdi - FOTOLAR
19.07.2018, 23:13

İlham Əliyev Fransada Qarabağ məsələsini müzakirə etdi - FOTOLAR

“Keşlə”  Avroliqada mübarizəni dayandırdı
19.07.2018, 22:59

“Keşlə” Avroliqada mübarizəni dayandırdı

Dənizdə batan 3 nəfər xilas edilib
19.07.2018, 22:45

Dənizdə batan 3 nəfər xilas edilib

“Total” Azərbaycanda təbii qaz yataqlarının işlənilməsində maraqlıdır
19.07.2018, 22:33

“Total” Azərbaycanda təbii qaz yataqlarının işlənilməsində maraqlıdır

İranda terrorçu dəstə zərərsizləşdirildi
19.07.2018, 22:04

İranda terrorçu dəstə zərərsizləşdirildi

Bakıda Belçikanın müstəqillik günü qeyd edildi
19.07.2018, 21:53

Bakıda Belçikanın müstəqillik günü qeyd edildi

Vəkillər and içdi
19.07.2018, 21:39

Vəkillər and içdi

Meksikada 5,8 bal gücündə zəlzələ oldu
19.07.2018, 21:22

Meksikada 5,8 bal gücündə zəlzələ oldu

Kanadada fövqəladə vəziyyət rejimi tətbiq olundu
19.07.2018, 21:13

Kanadada fövqəladə vəziyyət rejimi tətbiq olundu

ABŞ-da silahlı insident
19.07.2018, 21:03

ABŞ-da silahlı insident

Azərbaycanın təklifləri qəbul edildi
19.07.2018, 20:51

Azərbaycanın təklifləri qəbul edildi

Müəllimliyə imtahan verən namizəd 59 bal topladı
19.07.2018, 20:29

Müəllimliyə imtahan verən namizəd 59 bal topladı

İlham Əliyev “Naval” qrupunun sədri ilə görüşdü
19.07.2018, 20:14

İlham Əliyev “Naval” qrupunun sədri ilə görüşdü

ARXİV