Modern.az

Tovuzda yeni doğulan körpə öldü

Tovuzda yeni doğulan körpə öldü

Aktual

22 Sentyabr 2017, 23:26

Tovuzda doğuş zamanı ölüm hadisəsi baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, Ağstafa rayon sakini, 1999-cu il təvəllüdlü Zəlqələm Çingiz qızı İsmayılzadə Tovuz Rayon Mərkəzi Xəstəxansının Doğuş şöbəsinə aparılıb.

Doğuş zamanı dünyaya gələn qız uşağı ölüb. Bu, qadının ilk doğuşu olub.

Məlumata görə, qadının həyat yoldaşı hadisədən sonra əsəbiləşərək şöbənin bir neçə pəncərəsini sındırıb. Hazırda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır