Modern.az

Salyanda yol qəzasında ölənlərin sayı 5-ə çatıb

Salyanda yol qəzasında ölənlərin sayı 5-ə çatıb

23 Sentyabr 2017, 08:57

Salyanda 4 qadının ölümü ilə nəticələnən qəzada xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişib.

 

APA-nın xəbərinə görə, sentyabr 19-da yeni inşa olunan Ələt-Astara avtomobil yolunda "Mercedes" və "VAZ 2106" markalı iki avtomobilin toqquşması nəticəsində 4 qadın hadisə yerində ölmüş, 3 nəfər xəsarət almışdı.

 

Xəsarət alanlardan “VAZ 2106” markalı avtomobilin sərnişini, Saatlı rayon sakini, 27 yaşlı Hüseynov Babək Xanəhməd oğlu bu gün səhər saatlarında Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsində ölüb.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir