Modern.az

Ev dustağı edilən təqsirləndirilən şəxs elektron nəzarətdə olacaq - Yeni cəza növü  

Ev dustağı edilən təqsirləndirilən şəxs elektron nəzarətdə olacaq - Yeni cəza növü   

23 Sentyabr 2017, 12:48

Xəbər verdiyimiz kimi, Azərbaycanda “azadlığın məhdudlaşdırılması” adlı yeni cəza növü yaradılır.

Milli Məclisdən Modern.az-a verilən məlumata görə, bu, məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarət olan cəza növüdür.

Belə ki, şərti məhkumetmə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə institutlarının tətbiqi zamanı xüsusi elektron nəzarət vasitələrindən istifadə ediləcək.

 

Bununla da məhkumun yerini dəyişməyi və harada olmağı barədə sistemə məlumat daxil olacaq.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?