17 iyul 2018, Çərşənbə
Ana Səhifə - TƏHSİL - Hansı ali məktəbin güzəştli tələbəsi çoxdur? - SİYAHI  
Hansı ali məktəbin güzəştli tələbəsi çoxdur? - SİYAHI  
23.09.2017, 13:12

Dövlət ali məktəblərində müxtəlif kateqoriyadan olan tələbələr arasında müəyyən güzəştlərə malik olan gənclər var. Məsələn, məcburi köçkün tələbələr dövlət ali məktəblərinin ödənişli ixtisaslarında təhsil aldıqları müddətdə ödənişdən azaddırlar.

Maraqlıdır,  hazırda ali məktəblərdə nə qədər məcburi köçkün gənc təhsil alır?

Bakı Dövlət Universitetinin mətbuat katibi  Pərvanə İbrahimova:

“Ümumiyyətlə, ali təhsil müəssisələrində 4 kateqoriya üzrə güzəşt mövcuddur. Bunlar məcburi köçkünlər, şəhid ailələri, Qarabağ müharibəsi əlillərinin övladları və valideyn himayəsindən məhrum olanlardır. Bu kateqoriyadan olan tələbələr təhsil haqlarından azaddırlar.
Qeyd edilən kateqoriyadan olan tələbələrin universitetimiz üzrə ümumi sayı 1535 nəfərdir. Bu il qəbul olunanların sayı isə 515 nəfərdir”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur İbrahimli:

“Azərbaycan Dövlət Pedaqoji Universitetində bakalavriat səviyyəsində II, III, IV kurslar üzrə  340 nəfər, magistr səviyyəsində 28 nəfər məcburi köçkün tələbə ali təhsil alır.
 2017-2018-ci tədris ilində isə ali təhsilin bakalavriat səviyyəsinə 155, magistr səviyyəsinə isə 19 nəfər məcburi köçkün tələbər qəbul olunub”.

Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev:

“Hazırda Azərbaycan Texniki Universitetində 326 nəfər qaçqın və məcburi köçkün olan tələbə təhsil alır.  Əyani və qiyabi şöbələr üzrə Nəqliyyat fakültəsində 62, Elektrotexnika və energetikada 49, Radiotexnika və rabitədə 45, Maşınqayırmada 60, Metalurgiyada 37, Avtomatika və kompyuter texnikasında 140, Mühəndis biznesi və menecmentdə 14, Xüsusi texnika və texnologiya fakültəsində 3 məcburi köçkün tələbə var. Bu il AzTU-ya ümumilikdə 89 nəfər məcburi köçkün tələbə qəbul olunub”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) ictimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Bəhruz Nəzərov:

“Bu il ümumilikdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə 2471 bakalavr qəbul olunub. Onlardan 885-i ödənişli əsaslarla, 1586-sı isə dövlət hesabına təhsil alır. Magistr səviyyəsinə isə 512 nəfər qəbul olunub. Onlardan 231-i dövlət hesabına, 281-i isə ödənişli əsaslarla təhsil alır.
Bu il qəbul olanlardan 124 bakalavr, 21 magistr məcburi köçkün tələbələrdir. 10 bakalavr, 2 magistr valideyn himayəsindən məhrum olanlardır. 16 bakalavr isə şəhid ailələrinin övladlarıdır. Bu tələbələr təhsil aldıqları müddətdə təhsil haqlarından tamamilə azaddırlar”.

 Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nəcibə Mirzəyeva:

“AzMİU-da ümumilikdə 789 nəfər məcburi köçkün təhsil alır. Onlardan 138 nəfəri bu il daxil olub. 24 nəfər abituriyent isə ali məktəbimizə qəbul olunub, amma qeydiyyatdan keçməyib. Onlar ödənişli əsaslarla daxil olan şəxslərdir ki, maddi imkansızlıq ucbatından, təhsil haqqını ödəyə bilmədikləri üçün oxuya bilmirlər”.

Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətinin rəhbəri Günel Aslanova:

“ATU-da ümumilikdə 326 məcburi köçkün təhsil alır. Bu il isə  62 məcburi köçkün tələbə qəbul olunub. Qeyd edim ki, bu tələbələr  güzəştli kateqoriyaya daxildirlər və təhsil haqlarından tamamilə azaddırlar”.


Günay RƏSULQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Rəqabət Məcəlləsi yenidən hazırlanıb
17.07.2018, 15:35

Rəqabət Məcəlləsi yenidən hazırlanıb

“Azərbaycan Prezidenti milli mətbuatımızın böyük dostu, qayğıkeşi və hamisidir”
17.07.2018, 15:33

“Azərbaycan Prezidenti milli mətbuatımızın böyük dostu, qayğıkeşi və hamisidir”

Falçının aldatdığı məmur və deputatlar - “Qızını ərə vermək, oğlunu tələbə etmək üçün falçıya gedirlər”
17.07.2018, 15:27

Falçının aldatdığı məmur və deputatlar - “Qızını ərə vermək, oğlunu tələbə etmək üçün falçıya gedirlər”

Rusiyanın İnformasiya Agentliyi Leyla Əliyevanın kitabı haqqında
17.07.2018, 15:20

Rusiyanın İnformasiya Agentliyi Leyla Əliyevanın kitabı haqqında

Fərqlənmə attestatlarının verilməsinə başlanılıb
17.07.2018, 15:18

Fərqlənmə attestatlarının verilməsinə başlanılıb

Bakının baş planının yenidən hazırlanmasına başlandı - RƏSMİ
17.07.2018, 15:14

Bakının baş planının yenidən hazırlanmasına başlandı - RƏSMİ

Paşinyan Ermənistanın ilk prezidenti ilə Qarabağı müzakirə etdi
17.07.2018, 14:57

Paşinyan Ermənistanın ilk prezidenti ilə Qarabağı müzakirə etdi

Nabrandakı 13 istirahət mərkəzinə cərimə kəsildi
17.07.2018, 14:51

Nabrandakı 13 istirahət mərkəzinə cərimə kəsildi

Yeni “neft şoku” qaçılmaz olacaq
17.07.2018, 14:49

Yeni “neft şoku” qaçılmaz olacaq

“Qaragin üzümə dedi ki, o da Azərbaycana qarşı təxribatlar aparır” - Şeyx
17.07.2018, 14:43

“Qaragin üzümə dedi ki, o da Azərbaycana qarşı təxribatlar aparır” - Şeyx

Gəncə hadisələrinə görə daha 4 nəfər tutuldu - FOTO
17.07.2018, 14:37

Gəncə hadisələrinə görə daha 4 nəfər tutuldu - FOTO

Rusiya NATO üzvünün hava sərhədlərini pozdu
17.07.2018, 14:34

Rusiya NATO üzvünün hava sərhədlərini pozdu

Allahşükür Paşazadənin təşkilatçılığı ilə Gəncədə müşavirə keçirildi   
17.07.2018, 14:13

Allahşükür Paşazadənin təşkilatçılığı ilə Gəncədə müşavirə keçirildi  

Bakıda qadın özünü 17-ci mərtəbədən atıb
17.07.2018, 13:56

Bakıda qadın özünü 17-ci mərtəbədən atıb

Maradona Fransanın Dünya Çempionluğunu şübhə altına qoydu
17.07.2018, 13:36

Maradona Fransanın Dünya Çempionluğunu şübhə altına qoydu

Sərdar Cəlaloğlu: “O partiyalar ləğv olunmalıdır!” - TƏKLİF  
17.07.2018, 13:23

Sərdar Cəlaloğlu: “O partiyalar ləğv olunmalıdır!” - TƏKLİF  

Sabahın hava PROQNOZU - 38 dərəcə isti   
17.07.2018, 13:01

Sabahın hava PROQNOZU - 38 dərəcə isti  

Azərbaycana gələn əcnəbi turistlər ən çox bu ölkələrdəndir - SİYAHI
17.07.2018, 12:57

Azərbaycana gələn əcnəbi turistlər ən çox bu ölkələrdəndir - SİYAHI

Piyadalara tətbiq edilən cərimələr ARTDI
17.07.2018, 12:49

Piyadalara tətbiq edilən cərimələr ARTDI

Xəzəryanı ölkələrin sammitinin vaxtı və yeri açıqlandı
17.07.2018, 12:30

Xəzəryanı ölkələrin sammitinin vaxtı və yeri açıqlandı

Azərbaycana 20 kondisioner keçirmək istəyən əcnəbi saxlanıldı
17.07.2018, 12:22

Azərbaycana 20 kondisioner keçirmək istəyən əcnəbi saxlanıldı

Elmar Vəliyevi əməliyyat edən həkimin köməkçisi: “Onun vəziyyəti getdikcə...” - AÇIQLAMA
17.07.2018, 12:11

Elmar Vəliyevi əməliyyat edən həkimin köməkçisi: “Onun vəziyyəti getdikcə...” - AÇIQLAMA

“Sınıq Körpü”dəki sıxlıq aradan qaldırıldı   
17.07.2018, 12:02

“Sınıq Körpü”dəki sıxlıq aradan qaldırıldı  

 “Asan İmza” nömrəsinin aylıq abunə haqqı ARTIRILDI
17.07.2018, 11:59

Asan İmza nömrəsinin aylıq abunə haqqı ARTIRILDI

Telman Adıgözəlovun oğlu: “Atamın bəyənmədiyim obrazı yoxdur”   
17.07.2018, 11:54

Telman Adıgözəlovun oğlu: “Atamın bəyənmədiyim obrazı yoxdur”  

Bu il Azərbaycana 10 minədək avtomobil gətirilib  
17.07.2018, 11:47

Bu il Azərbaycana 10 minədək avtomobil gətirilib  

Nazir kollegiya iclasında tapşırıqlar verdi   
17.07.2018, 11:45

Nazir kollegiya iclasında tapşırıqlar verdi  

Ermənistan müdafiə nazirinin oğlu da Qarabağda əsgərlik çəkəcək
17.07.2018, 11:37

Ermənistan müdafiə nazirinin oğlu da Qarabağda əsgərlik çəkəcək

Hikmət Cavadov: “Səfirlik işimizə müdaxilə edə bilməz” - MÜSAHİBƏ
17.07.2018, 11:28

Hikmət Cavadov: “Səfirlik işimizə müdaxilə edə bilməz” - MÜSAHİBƏ

Sərhədçilər ilan sancan Alxanlı sakinini xilas etdi
17.07.2018, 11:28

Sərhədçilər ilan sancan Alxanlı sakinini xilas etdi

Allahşükür Paşazadə Gəncəyə getdi
17.07.2018, 11:18

Allahşükür Paşazadə Gəncəyə getdi

Gədəbəydə qardaşını öldürən bacını polis saxladı
17.07.2018, 11:09

Gədəbəydə qardaşını öldürən bacını polis saxladı

Dövlət Miqrasiya Xidməti bu vəzifələrə işçi axtarır - SİYAHI
17.07.2018, 10:38

Dövlət Miqrasiya Xidməti bu vəzifələrə işçi axtarır - SİYAHI

Gədəbəydə DƏHŞƏT: bacı qardaşını niyə öldürdü... - YENİLƏNİB
17.07.2018, 10:35

Gədəbəydə DƏHŞƏT: bacı qardaşını niyə öldürdü... - YENİLƏNİB

Azercell-dən məktəblilər üçün pulsuz dərslər
17.07.2018, 10:31

Azercell-dən məktəblilər üçün pulsuz dərslər

ARXİV