Modern.az

Azərbaycanda 80 cinayət növü üzrə cəza yüngülləşdirilir

Azərbaycanda 80 cinayət növü üzrə cəza yüngülləşdirilir

23 Sentyabr 2017, 14:51

Cinayət Məcəlləsində dəyişiklik ediləcək.

Milli Məclisdən Modern.az-a verilən məlumata görə, dəyişikliyə əsasən, 80-dən artıq cinayətə görə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının hədləri azaldılır.

Bununla yanaşı, 35 cinayət əməli az ağır cinayət kateqoriyasından böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına, 6 cinayət əməli isə ağır cinayətdən az ağır cinayətlər kateqoriyasına keçirilib.

Qanun layihəsi parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?