Modern.az

Milli Şura Bakıda icazəli mitinq keçirib - YENİLƏNİB  

Milli Şura Bakıda icazəli mitinq keçirib - YENİLƏNİB   

23 Sentyabr 2017, 17:05

Bu gün Milli Şura Bakıdakı"Məhsul" stadionunda icazəli etiraz aksiyası keçirib.

Modern.az xəbər verir ki, əraziyə p
olis əməkdaşları da cəlb edilib.

Mitinqə toplaşanlardan bəziləri sinəsində Milli Şuranın siyasi məhbus adlandırdığı şəxslərin şəkilləri olan köynəklər geyib, əllərində onların rəsmlərini tutublar.

Aksiyaya gözlənildiyindən xeyli az adam toplaşıb. Mitinqdə Milli Şura sədri Cəmil Həsənli, AXCP lideri Əli Kərimli Milli Şuranın üzvləri, Gültəkin Hacıbəyli,  Rövşən Əhmədli və İbrahim İbrahimli çıxış edib.


Bəyan edilib ki, növbəti mitinq oktyabrın 7-də keçiriləcək. Aksiya insidentsiz ötüşüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi