Modern.az

107 gömrük əməkdaşı intizam məsuliyyətinə cəlb edilib

107 gömrük əməkdaşı intizam məsuliyyətinə cəlb edilib

Aktual

23 Sentyabr 2017, 17:59

Dövlət Gömrük Komitəsində (DGK) şəxsi heyətlə işin təşkilinin gücləndirilməsi məsələləri müzakirə olunub.

DGK-nın mətbuat xidmətindən Modern.az-a bildirilib ki, sentyabrın 23-də keçirilən iclasda əvvəlcə komitə sədri Aydın Əliyev çıxış edib.


Sonra DGK Daxili Təhlükəsizlik İdarəsinin rəisi Fuad Qasımov rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı hesabat məruzə ilə çıxış edib. Bildirilib ki, idarənin iş planına əsasən, gömrük orqanları və digər qurumlarının fəaliyyətində müvafiq qanunvericiliyin, gömrük işini tənzimləyən normativ-hüquqi aktların tələblərinə əməl edilməsi, xidməti intizama riayət olunması üzərində nəzarətin təmin edilməsi sahəsində konkret tədbirlər həyata keçirilib, gömrük orqanları və digər qurumlarının, o cümlədən şəxsi heyətin təhlükəsizliyinin təmin olunması, bu sahədə idarənin funksiyalarının daha səmərəli təşkili istiqamətində müvafiq tədbirlər görülüb. 2017-ci ilin ötən dövrü ərzində idarəyə daxil olan materiallara dair xidməti araşdırmalar aparılıb, vətəndaşların qəbulu zamanı qaldırılan məsələlər operativ şəkildə araşdırılıb və bu barədə vətəndaşlara müvafiq cavab verilib. Daxil olmuş müraciətlər üzrə və yoxlamaların nəticələri əsasında aparılan araşdırmalar nəticəsində aşkar edilən xidməti pozuntulara yol verdiklərinə görə idarə tərəfindən 107 gömrük orqanı əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.


DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov keçirilən iclasın əhəmiyyətinə toxunaraq bildirib ki, bu cür görüşlərin təşkili şəxsi heyətdə xidməti və icra intizamını daha da gücləndirəcək. Ş.Bağırov gömrük nəzarətinin təşkili, gömrük hüquqpozmalarına qarşı mübarizə istiqamətində gömrük əməkdaşlarının fəaliyyətinin effektivliyinin daha da artırılmasının vacibliyini diqqətə çatdırıb.


Sonda Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev şəxsi heyətlə işin yüksək səviyyədə qurulması, qarşıya çıxan problemlərin həlli istiqamətində konkret tapşırıq və tövsiyələrini verib

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?