Modern.az

Elmar Məmmədyarovla Nalbandyanın görüşü yekunlaşdı - Yenilənib

Elmar Məmmədyarovla Nalbandyanın görüşü yekunlaşdı - Yenilənib

Aktual

24 Sentyabr 2017, 00:22

Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü yekunlaşıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Elmar Məmmədyarov BMT Baş məclisinin 72-ci sessiyası çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa),  Əndrü Sxofer (ABŞ) və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişikin iştirakı ilə Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanla görüşüb.

 

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ətraflı fikir mübadiləsi aparılıb. Bu xüsusda, Ermənistan, Azərbaycan və həmsədrlər tərəfindən atılmalı olan addımlar nəzərdən keçirilib.

 

Görüş əsnasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifinə uyğun olaraq Ermənistan və Azərbaycan Prezidentlərinin görüşünün keçirilməsi ilə əlaqədar məsələlər müzakirə olunub.

 

Nazir Elmar Məmmədyarov münaqişənin həlli üzrə substantiv danışıqların davam etdirilməsi üçün həmsədrlər tərəfindən səsləndirilən bir sıra maraqlı təkliflərin Azərbaycan tərəfindən dəstəkləndiyini bildirib.

 

Həmçinin, Elmar Məmmədyarov münaqişənin tezliklə həllinə nail olmaq üçün Azərbaycanın məntiqli danışıqlara daim hazır olduğunu bir daha vurğulayıb.

 

 

21:29

 

Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrləri ilə  görüşü başlayıb. Modern.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Twitter" səhifəsində yazıb. 

Hikmət Hacıyev bildirib ki, görüşdə Elmar Məmmədyarovla Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır