22 oktyabr 2017, Bazar
Ana Səhifə - ƏDƏBİYYAT - Kiş də məndən gileylidi, gileyli
Kiş də məndən gileylidi, gileyli
23.09.2017, 22:11

Doğma kəndimizdən ayrıldığım qırx ili adlayıb. Yox, bu illərdə yüz dəfələrlə görüşünə getmişəm, anamın təndirdə bişirdiyi əppəyin ətrini açıq doqqazımızın lap o başından yaxalayıb, təndirin yanına çatana qədər bu ətrin məstliyi ilə gəlmişəm. Tut vaxtında getmişəm, barama hörən qurd vaxtında getmişəm, yayın cırcıramasında, qışın ayazında-şaxtasında getmişəm. Kəndin şah damarı olan kanalın gur vaxtında, o kanalın qurumuş xəndəyi cadar-cadar olanda getmişəm. Novruzda yumurta döyüşməyə, payızda toylarda qol qaldırıb süzməyə getmişəm. Atalı-analı kəndimin yetimləşən günlərinə getmişəm.

 

Mən gəlib-getdikcə qocalıb kəndimiz. Böyüyüb, genişlənib, çağaları gəncləşib, cavanları olğunlaşıb, yaşlıları kəndin o tayına, dağ döşünə, əbədi məkana köç ediblər.

 

Qırx dörd il əvvəl təhsil qayalarından qamqalaq qoparmağa gedəndə az qala hər gecə yuxuda kəndimizə qayıdır, bu ali məktəblərin niyə kəndlərdə olmamasını başa düşmür, hər fürsətdə qaçıb kəndə gəlirdim. Şəhər burulğanı isə yavaş-yavaş sürətini artırır, kəndə olan sevgi payına ortaq olur, acılaya-acılaya, xıncımlaya-xıncımlaya bizdən şəhərli yoğurur, ögey bala kimi nə bağrına basır, nə də kəndə qaytarırdı. Kəndimiz üçün biz kənddən çıxan gündən “şəhərli” statusu alır, getdiymiz şəhərlərdə isə ömür boyu bu statusu təsdiq elətdirə bilmirik.

 

Bunun da öz ləzzəti var, amma bu başqa məsələdi. Dünyadakı şəhər əhalisinin böyük əksəriyyəti kəndlilikdən şəhərliliyə keçənlərdir. Qəribə olan da budur ki, şəhərlərdə kəndlilərə yuxarıdan aşağı baxanların da böyük əksəriyyəti əsilli-köklü şəhərlilər deyil, bugünkülərdən bir az əvvəl şəhərə gəlmiş dünənki kəndlilərdir.

 

 

Adətən kənddən çıxıb başqa yerdə özünə “yaxşı gün ağlayanlar” sonra kəndə yardım əli uzadır, onun tarixini “yazır”, abadlaşdırmağa çalışır, əlqərəz, övladlıq borcunu yerinə yetirməyə çalışır. Əfsuslar olsun ki, bu səhnə mində bir halda baş tutur. Özünə gün ağlamaq prosesi o qədər üzücü, sonu olmayan marafondu ki, bu məsafənin sonuna hər oğul çıxa bilmir.

 

Belə olanda bu kənddən pərvazlanan köçəri quşlar o biri kəndlərdən gələnlərlə şəhərdə tapışır, dostlaşır, kəndin qoxusunu bir-birindən alır, nisgillərini bir-birinə xatirələr danışmaqla azaltmağa çalışırlar.

 

Belə “nisgilazaltma” dostlarımdan biri, bəlkə ən yaxını idi Mərdan. Azərbaycanda bir-birimizi tanımamışdıq. Doğulduğumuz kəndlərin arasında cəmi əlli kilometr yol olsa da mən Kişi, Mərdan da Cəyirlini görməmişdi.

 

Mən Kişi gördüm. Kaş o missiya ilə görməyəydim. Amma Mərdan Cəyirlini görmədən bizi tərk elədi. Qəflətən! Heç birimizə bildirmədən.

 

İnsan gəfil dünyasını dəyişəndə bu xəbəri eşidənlərin ilk təpkisi, ilk ifadəsi, ilk nidası: “yox, əşşi, ola bilməz, inanmıram” olur. Halbuki hər birimiz dəfələrlə “ölüm qaşla göz arasındadır, yenə deyir uzaqdayam” ifadəsini işlətmişik, bu labüdlüyü bilirik, amma yenə inanmaq istəmirik. Ölüm isə bizim inanmağımızla hesablaşmaq niyyətində deyil.

 

 

 

Üçüncü minillik bizi ellikcə simsiz telefon azarına yoluxdurmaqla başladı. Bayaqdan bir-birimizlə ən azından evdən evə, işdən evə, sabit simli telefonun olduğu yerdən bənzərinə zəng vurmaqla xəbərləşirdiksə, indi dünyanı o qədər “kiçiltdilər” ki, kənddə tərəvəzdə alaq eləyən Fatma xalanı önlüyünün dərin cibindən gələn bir zəng səsi Krasnoyarska bağlayır:

 

“--Alo! Alo!

 

--Alı döy, qadan alım, mənəm, Fatma anandı” və tərəvəzin alaqlarının “ömrü ən azı bir yarım saat da uzanır.

 

Bu telefon əsarəti uşaqdan böyüyə hamını elə tilsimləyib ki, yağ da daşır, sud də çürüyür, qatara da gecikilir, hələ dərslər, iş bir yana dursun.

 

Mərdanla Moskvadakı “qonşuluq” məsafəmiz elə Kişlə Cəyirli arasındakı qədərdi. Elə ordakı kimi o şimalda, mən cənubda yaşayırdım. Amma ordakından fərqli olaraq burda simsiz telefonumuz vardı və hər gün o iki telefon bir-iki dəfə körüyün ağzındakı kömür kimi qızarırdı. Biz dünyanın dərdini bölüşürdük. İranı-Turana qatırdıq, müharibələri dayandırırdıq, Qarabağı qaytarırdıq, ölkələrin başçılarını, siyasətini istədiyimiz kimi yuyub sərir, səmtini dəyişirdik. Cavanlaşırdıq, telefonda macəralarımız canlanırdı. Ədalətli dünyamız vardı, bizi anlamayan nadanlar vardı, yüz ilə yetəcək planlarımız vardı. Gündə bir kitab “yazır”, bir-iki film “çəkir”, nümayiş etdirirdik.

 

 

 

Görüşürdük. Hərə öz sosial şəbəkəsində (sözə bax da) gördüyündən danışır, ATƏT qrupunu qınayır, dünyanı çulğayan vəhşiliklərdən təngə gəlir, bir ilahi ədalətin movcudluğundan danışır, o saat da bunun bir xülya olduğu qənaətində birləşirdik.

 

Mənim zəngim çox vaxt onu teatrda yaxalayırdı. Bir də görürdün telefonu yaxınlaşdırdı bilgisayarın mikrofonuna və mən onun səhifəsində Təbrizdəki mitinqi dinləməyə başladım. Cənubi Azərbaycanı çox sevirdi və fars rejiminə qarşı mövqeyi çox sərt idi. Qarabağı qarış-qarış gəzmişdi, qarşılarında çıxış etdiyi və çoxunun sonralar şəhid olduğu əsgərlərdən danışanda gözləri dolurdu.

 

Təvazökardı. Amma ləyaqətinə zərrə qədər yaltaqlıq ləkəsi dəyməyə qoymazdı. İynənin ücü qədər qabiliyyəti olan adamı həvəsləndirər, insanların özlərinə inamını artırardı.

 

 

Çalışdığı yerdə adamları ailə üzvü kimi sevər, məşq zamanı əzazil despot təsiri bağışlayar, düşündüyünü aktyorlar qavrayana qədər sanki “cilov gəmirər”, sonra ipəyə dönərdi. Ən qeyri-adi əsərlərə üz tutar, hamının bir cür oxuduğu səhifələrdən tamam başqa səhnələr qurardı.

 

Moskvanı sevirdi, amma burada qəfəsdəki quş kimiydi. Xüsusən həmyerlilərimizə qarşı haqsızlıq görəndə çox qəzəblənərdi. Bu gün, onun bizi tərk etməsinin qırxıncı gününü qeyd etməyə gedəndə qarşımda dayanan polis maşınını, serjantın “miqranltlarla bağlı yoxlama aparırıq” deyib məndən sənəd istəməsini necə qarşılayardı deyə fikirləşdim.

 

Burada vəfat edən həmyerlilərimizin bir qismi artıq Moskva ətrafındakı müsəlman məzarlıqlarında dəfn olunur. Belə mərasimlərdə din xadimlərimiz “insanın harada dəfn olunmasının fərqi yoxdur” deməsinə baxmayaraq “bax,--deyərdi,--məni Kişə apararsan ha”. Mən də “boş-boş danışma,-- deyərdim,-- bəlkə sən məni Cəyirliyə aparmalı oldun”.

 

Deyərdik, gülüşərdik, özlüyümüzdə bunun da nə vaxt olacağını sırğa edərdik. Amma bu qədər tez yox ki!..

 

İyul ayını məzuniyyətə çıxıb bağa getmişdi. Fasiləsiz yağan yağışlardan bezib hər axşam şikayət edirdi. Avqustun 1-də işə çıxdı və tərslikdən Moskvada bi ilin ən isti günləri başladı. Bu dəfə zəng edib şikayət edirdi ki, bax, havanın düzələn vaxtı işləməli oluram. Avqustun 12-də şənbə günü teatrda növbəti məşqlərini bitirib bağa gedəndə yoldan zəng vurdu. “Məşğulam, sonra zəng edərəm”,--deyib telefonu qapatmaq istəyirdim ki:

 

 

--Qulaq as, dedi, qatarla daçaya gedirəm, indi qarşımda elə gözəl qız əyləşib ki, bilmirəm daçaya qədər necə gedəcəm.

 

Güldük. ”Məşqdən sonra sənin gözlərinin mükafatıdır” dedim.

 

Ayin 13-də axşamçağı məni sarsıdan xəbər alacaqdım. Başı alovlu şəhərin cənubundan evə qayıdacaq, ertəsi gün tezdən şimala, oradan da yetmiş kilometr aralıdakı Taldom şəhərinə gedəcək, hüznlü prosedurları yerinə yetirəcək, dostumun cənazəsini Moskvaya, çalışdığı teatra gətirəcək, həmkarlarının və həmyerlilərinin tükürpədici hönkürtüləri ilə vida mərasimi keçirəcək, sonra da onu Vətənə, Azərbaycana, Şəkiyə, Kişə son mənzilə qədər müşaiyət edəcəkdim. Şəkidə teatrın önündə izdiham qarşısında dayanacaq, Qurani-Kərimdən oxunan dualar və teatrdan ucalan alqış sədaları altında Kişə yollanacaqdıq.

 

Ondan cəmi iki gün əvvəl vəfatının ikinci ildönümünə gələ bilmədiyim anamın da məzarına baş çəkmək imkanı yaranacaqdı. Təkcə Kişin deyil, bütövlükdə Azərbaycanın istedadlı və müdrik şairi Vaqif Aslanın “bizə gedək, yol yorğunusan, dincəl” təklifini yerə saldığıma, ertəsi gün Şəkidə keçiriləcək Bəxtiyar Vahabzadənin xatirə gününə gedə bilmədyimə, Qafil oğlu Əhmədiyə ocağında çox qala bilməməyimə görə Kiş də məndən gileyli olacaqdı. Bağışlasınlar. İnşallah, acımız dinsin, üzü Marxala baxan torpağa tapşırdığımız dostumuzun ruhu şad olsun. O ocağa, o qədim torpağa şadlığa, toy-düyünə gələrik.

 

Əvvəllər gec-gec gəldiyimə görə öz kəndimiz məndən gileyliydi. İndi ona doğma Kiş də qoşuldu. O da məndən gileylidi.

 

Cəfər SADIQ

Moskva, 22.09.2017

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Abimiz harda yanlışımızı gördü ki, bizi “cəzalandırmaq” fikrinə düşdü?
22.10.2017, 18:48

Abimiz harda yanlışımızı gördü ki, bizi “cəzalandırmaq” fikrinə düşdü?

Taun epidemiyası 107 can aldı
22.10.2017, 17:57

Taun epidemiyası 107 can aldı

Somalidə terror: 6 ölü
22.10.2017, 17:45

Somalidə terror: 6 ölü

Mingəçevirdə bərbər qətlə yetirilib
22.10.2017, 17:28

Mingəçevirdə bərbər qətlə yetirilib

Saakaşvili tərəfdarları ilə polis arasında qarşıdurma oldu - Yenilənib
22.10.2017, 17:12

Saakaşvili tərəfdarları ilə polis arasında qarşıdurma oldu - Yenilənib

Yaponiyadakı seçkilərdə hakim partiya qalib gəlir
22.10.2017, 16:48

Yaponiyadakı seçkilərdə hakim partiya qalib gəlir

Əsgərimiz şəhid oldu
22.10.2017, 16:26

Əsgərimiz şəhid oldu

Azərbaycanda yaşı 100-ü keçən qadınlar kişilərdən 6 dəfə çoxdur - RƏSMİ
22.10.2017, 16:01

Azərbaycanda yaşı 100-ü keçən qadınlar kişilərdən 6 dəfə çoxdur - RƏSMİ

Fransanın Azərbaycandakı Səfirliyindən viza alınması üçün yeni qayda
22.10.2017, 15:36

Fransanın Azərbaycandakı Səfirliyindən viza alınması üçün yeni qayda

Temur Abazov Marneuli meri seçilib
22.10.2017, 15:21

Temur Abazov Marneuli meri seçilib

ABŞ-ın sabiq prezidentləri bir arada
22.10.2017, 15:02

ABŞ-ın sabiq prezidentləri bir arada

60 illik ömründə Allahın yazdığını pozan adam,  İlham İsmayılla MÜSAHİBƏ
22.10.2017, 14:19

60 illik ömründə Allahın yazdığını pozan adam,  İlham İsmayılla MÜSAHİBƏ

Məktəblilər hərbi hissədə - Foto
22.10.2017, 13:47

Məktəblilər hərbi hissədə - Foto

Kaxa Kaladze Tbilisi meri seçildi
22.10.2017, 13:24

Kaxa Kaladze Tbilisi meri seçildi

“Haqqınızı halal edin” - Oqtay Bayramov FHN-dən ayrıldı
22.10.2017, 13:02

“Haqqınızı halal edin” - Oqtay Bayramov FHN-dən ayrıldı

Sabah Bakıda yağış yağacaq
22.10.2017, 12:39

Sabah Bakıda yağış yağacaq

Azərbaycanlıların yaşadığı rayonlarda seçkilərin ilkin nəticələri məlum olub
22.10.2017, 12:21

Azərbaycanlıların yaşadığı rayonlarda seçkilərin ilkin nəticələri məlum olub

Bakıda avtobusun vurduğu qadın öldü
22.10.2017, 11:58

Bakıda avtobusun vurduğu qadın öldü

İmişlidə 81 yaşlı kişi intihar etdi
22.10.2017, 11:42

İmişlidə 81 yaşlı kişi intihar etdi

Əfqanıstanda oteldə partlayış: 2 ölü
22.10.2017, 11:17

Əfqanıstanda oteldə partlayış: 2 ölü

Bakıda sərxoş kişi parkomantı sındırdı
22.10.2017, 10:55

Bakıda sərxoş kişi parkomantı sındırdı

İlham Əliyev Ərdoğanla Bakıdan Qarsa qatarla gedəcək - Video
22.10.2017, 10:39

İlham Əliyev Ərdoğanla Bakıdan Qarsa qatarla gedəcək - Video

 Cocuq-Mərcanlıya ikinci köç gözlənilir
22.10.2017, 10:20

 Cocuq-Mərcanlıya ikinci köç gözlənilir

Sloveniyada prezident seçkiləri keçirilir
22.10.2017, 09:59

Sloveniyada prezident seçkiləri keçirilir

Ermənistan silahlı bölmələri atəşkəsi 123 dəfə pozub
22.10.2017, 09:44

Ermənistan silahlı bölmələri atəşkəsi 123 dəfə pozub

Astana-Bakı sərnişin təyyarəsində  problem
22.10.2017, 09:26

Astana-Bakı sərnişin təyyarəsində  problem

“Röyal Park” yaşayış massivində partlamamış sursat aşkarlandı
22.10.2017, 09:03

“Röyal Park” yaşayış massivində partlamamış sursat aşkarlandı

Jurnalistin qatilini tapanlara 1 milyon avro mükafat veriləcək
22.10.2017, 00:48

Jurnalistin qatilini tapanlara 1 milyon avro mükafat veriləcək

Saakaşvilinin daha iki tərəfdarı yoxa çıxıb
22.10.2017, 00:32

Saakaşvilinin daha iki tərəfdarı yoxa çıxıb

Döyülən Gəncə sakini xəstəxanalıq oldu
22.10.2017, 00:14

Döyülən Gəncə sakini xəstəxanalıq oldu

Azərbaycan ağır atleti 7-ci oldu
21.10.2017, 23:55

Azərbaycan ağır atleti 7-ci oldu

Bakıda "vergi müfəttişləri" dələduzluq etdi - Video
21.10.2017, 23:38

Bakıda "vergi müfəttişləri" dələduzluq etdi - Video

Ukraynanın 70 gündə xilas planı
21.10.2017, 23:21

Ukraynanın 70 gündə xilas planı

Üzərində Ermənistan bayrağının rəngləri olan avtomobilin sahibi DANIŞDI - VİDEO
21.10.2017, 22:58

Üzərində Ermənistan bayrağının rəngləri olan avtomobilin sahibi DANIŞDI - VİDEO

Kaxa Kaladzeni Tbilisi meri seçildi
21.10.2017, 22:35

Kaxa Kaladzeni Tbilisi meri seçildi

ARXİV
SORĞU
Hansı kommunal xidmətin işindən razısınız?
“Azəriqaz”(5.15%)
“Azərişıq”(24.4%)
“Azərsu”(9.87%)
“Azəristiliktəchizat”(3.43%)
Heç biri(57.0%)