Modern.az

Deputat Tahir Süleymanov yubiley yaşının astanasında…  

Deputat Tahir Süleymanov yubiley yaşının astanasında…   

24 Sentyabr 2017, 00:30

Bu gün – 24 sentyabr tarixi Milli Məclisin deputatı Tahir Süleymanovun doğum günüdür.

Modern.az saytının məlumatına görə, yubiley yaşının astanasında olan deputat 69 illiyini qeyd edir.

Hakim Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edən Tahir Süleymanov hazırda Milli Məclisin Aqrar siyasət komitəsinin üzvüdür.

Millət vəkili eyni zamanda Azərbaycan-Türkiyə, Azərbaycan-Niderland, Azərbaycan-Vyetnam parlamentlərarası əlaqələr üzrə işçi qruplarında da təmsil olunur.

Tahir Süleyman oğlu Süleymanov 1948-ci il sentyabr ayının 24-də Şabran rayonunun Sumağava Qazma kəndində anadan olub. Hələ gənc yaşlarından Şabran-Siyəzən bölgəsində müxtəlif vəzifələrdə çalışan T.Süleymanov həmin müddətdə özünü bacarıqlı kadr kimi sübut etməyi bacarıb. Və bölgə insanlarının ona yüksək etimadı T.Süleymanovun Azərbaycan Respublikası Milli Məclinin deputatı seçilməsinə səbəb olub.

T.Süleymanov artıq dördüncü çağırışdır ki, ölkənin qanunverici orqanında təmsil olunur. Belə ki, o, ilk dəfə 5 noyabr 2000-ci il tarixində 93 saylı Xaçmaz-Dəvəçi seçki dairəsindən majoritar qaydada II çağırış Milli Məclisin deputatı seçilib.
 
2005-ci ildə III çağırış, 2010-ci ildə IV çağırış parlament seçkilərində də seçicilər ona etimad göstəriblər.

Tahir Süleymanov 2015-ci ildə54 saylı Şabran-Siyəzən seçki dairəsində qələbə qazanaraq,  növbəti dəfə deputat mandatı alıb və V çağırış Milli Məclinin üzvü olub.

O, hələ gənc yaşlarından Siyəzən bölgəsində xeyriyyəçi kimi də tanınıb. Millət vəkili bu haqda danışmağı xoşlamasa da, Şabran-Siyəzən zonasında neçə-neçə insana yardım etdiyi, imkansız tələbələrin təhsilhaqqını ödədiyi, aztəminatlı ailələrdən olan gənclərin ailə qurmasına kömək göstərdiyini seçiciləri çox yaxşı bilirlər.

Siyəzəndə məscid tikintisi, bəzi kəndlərarası yolların təmiri, bir çox yaşayış məntəqələrinin içməli su təminatı da Tahir Süleymanovun xeyriyyəçilik fəaliyyəti sayəsində başa gəlib.

Hazırda Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü olan deputat deyir ki, o, az danışıb, çox iş görən millət vəkillərindəndir.


A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi