Modern.az

Kredit borcunu bitirən təqaüdçünün pensiyası tutulur - VİDEO

Kredit borcunu bitirən təqaüdçünün pensiyası tutulur - VİDEO

24 Sentyabr 2017, 00:13

Kreditini tam ödəyib, lakin pensiyasından pul tutulur. Modern.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, Lənkəran sakini Kərim Nəhmətov 2015-ci ildə həyat yoldaşı Ceyran Nəhmətovanın adına bankdan 1 il müddətinə 500 manat kredit götürüb.

Kərim Nəhmətovun sözlərinə görə, bankın əməkdaşı ilə kreditin dollar yox, manatla verilməsinə razılaşıblar. Lakin sənədləşmədə götürülən pul 571 dollar qeyd edilib.

 

Ceyran Nəhmətovanın pensiya kartını da alaraq kredit borcu tam ödənilənə qədər bankda saxlayıblar. Kredit qrafikə uyğun 12 ay ərzində tam ödənilib və pensiya kartı geri qaytarılıb.

 

Lakin 2 ay sonra onlara məktub göndərilib və bildirilib ki, götürdükləri kreditdən borc qalıb. Bir neçə gün öncə isə Ceyran Nəhmətova pensiyasını kartdan çıxararkən məlum olub ki, hesabında 80 manat əskikdir.

Banka müraciət etdikdə də bildirilib ki, onların 300 dollar kredit borcu var və məhkəmənin qərarı ilə pensiyadan pul tutulacaq.

 

Bank ekspertləri deyirlər ki, bu tipli mübahisələr məhkəmə qaydasında həll oluna bilər. Ancaq mübahisəli məbləğ 2 min manatı keçmədiyinə görə Bank ombudsmanına da müraciət etmək olar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi