Modern.az

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

24 Sentyabr 2017, 12:10

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

 

Havanın temperaturunun gecə  18-21° isti, gündüz  25-30° isti, Bakıda gecə  19-21°, gündüz  26-28° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 762  mm civə sütunundan 765  mm civə sütununa yüksələcək. Nisbi rütubət  gecə 70-80 %, gündüz  50-60 % olacaq. 

 

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturunun gecə  15-20°, gündüz  27-32° isti, dağlarda gecə 10-15°, gündüz 18-23° isti olacağı gözlənilir

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir