21 fevral 2018, Çərşənbə axşamı
Ana Səhifə - GÜNDƏM - Prezident Neftçalada açılışlar etdi
Prezident Neftçalada açılışlar etdi
24.09.2017, 12:13

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Neftçala Sənaye Məhəlləsinin açılışında iştirak edib.

 

Modern.az-ın məlumatına görə, iqtisadiyyat naziri Şahin Mustafayev görülən işlərlə bağlı dövlət başçısına ətraflı məlumat verib.

 

Bildirilib ki, sənaye məhəlləsində yüksək standartlara cavab verən 7 istehsal sahəsi, ikimərtəbəli inzibati bina, texniki və köməkçi binalar tikilib. Hazırda Neftçala Sənaye Məhəlləsində 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Sənaye Məhəlləsinin iştirakçıları tərəfindən istehsal sahələrinin yaradılmasına 45,3 milyon manat investisiya yatırılıb. Bununla belə, iş adamlarının sənaye məhəlləsinə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir və tələbata uyğun olaraq məhəllənin ərazisi genişləndiriləcək. Sənaye Məhəlləsində ümumilikdə 474 daimi iş yeri yaradılıb.

 

Prezident İlham Əliyev Sənaye Məhəlləsinin rəmzi açılışını bildirən lenti kəsib. Dövlət başçısı Neftçala Sənaye Məhəlləsində istehsal korpusları və burada fəaliyyət göstərən müəssisələrlə yaxından tanış olub. Bildirilib ki, məhəllədəki ən böyük müəssisələrdən biri “Azərmaş” ASC – “İran Khodro” birgə avtomobil zavodudur. Azərbaycan-İran birgə müəssisəsinin illik istehsal gücü 10 min avtomobildir. Müəssisədə “İran Khodro” şirkəti 25 faizlik paya malikdir. Müasir texnologiyalar, avadanlıq və mexanizmlər əsasında qurulacaq zavodda “Runna”, “Samand”, “Soren”, “Dena”, “Peugeot-206”, “Peugeot-207”, “Renault-Tondar”, “Renault-Pickup” kimi avtomobil modelləri istehsal ediləcək. Qeyd edək ki, artıq bu model avtomobillərdən yerli bazarda 4 min ədəd satılıb. İldə 2 min avtomobilin ixracı planlaşdırılır. Ümumi investisiya dəyəri 24 milyon manat olan müəssisəyə verilən İnvestisiya Təşviqi Sənədi hesabına təqribən 2 milyon manata qənaət edilib. Müəssisədə 300 nəfər işlə təmin ediləcək. Neftçala Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun qurulması köməkçi istehsal və xidmət sahələrinin inkişafı üçün də əlverişli imkan yaradır. Zavodun 2017-ci ilin dekabrında istifadəyə verilməsi planlaşdırılır.

 

Prezident İlham Əliyev Neftçala balıq yemi istehsalı müəssisəsinin fəaliyyəti ilə də tanış olub. İllik istehsal gücü 25 min ton olan müəssisədə balıq yemi ilə yanaşı, gələcəkdə mal-qara üçün və digər növ yemlərin istehsalı da nəzərdə tutulur. Müəssisənin yaradılmasına 12 milyon manat investisiya yönəldilib. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına müəssisəyə 5,9 milyon manat məbləğində güzəştli kredit ayrılıb. Bundan başqa, müəssisəyə İnvestisiya Təşviqi Sənədi verilib ki, bu, sahibkara 1,2 milyon manat vəsaitə qənaət etmək imkanı yaradır. Müəssisədə 26 nəfər işlə təmin ediləcək.

 

Dövlət başçısı müəssisəni işə salıb.

 

İyirmi ildir fəaliyyət göstərən “Metak” MMC də Neftçala Sənaye Məhəlləsində öz müəssisəsini yaradıb. Müəssisədə plastik məmulatlar, o cümlədən kənd təsərrüfatı təyinatlı taralar istehsal ediləcək. İllik istehsal gücü 2 milyon tara olan müəssisəyə 1,35 milyon manat investisiya qoyulub. Müəssisəyə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 600 min manat güzəştli kredit verilib. “Metak” MMC-yə, həmçinin İnvestisiya Təşviqi Sənədi də təqdim edilib ki, bu, müəssisənin təqribən 35 min manata qənaət etməsinə imkan verir. Müəssisənin məhsulları daxili bazarda, xüsusilə kənd təsərrüfatında qablaşdırmaya olan tələbatın ödənilməsində əhəmiyyətli rol oynayacaq. Qeyd edək ki, ümumiyyətlə “Metak” şirkətinin bütün məhsulları Azərbaycanda istehsal olunur.

 

Dövlətimizin başçısı müəssisəni işə salıb.

 

Prezident İlham Əliyev Sənaye Məhəlləsinin digər bir müəssisəsi - “Gilan PİVOT” MMC-nin fəaliyyəti ilə də tanış olub. Müəssisədə müasir texnologiyalar əsasında dairəvi suvarma sistemləri istehsal ediləcək. Ümumi investisiya dəyəri 1 milyon manat olan müəssisənin illik istehsal gücü 60-80 suvarma sistemidir. Müəssisədə 15 nəfərin işlə təmin olunması planlaşdırılır. Müəssisə 2017-ci ilin noyabrında fəaliyyətə başlayacaq.

 

Dövlət başçısı Neftçala Sənaye Məhəlləsində kiçik sahibkarlar üçün yaradılan emalatxana ilə də tanış olub. Bu emalatxanada müxtəlif məmulatlar hazırlanacaq. Burada kiçik sahibkarlar üçün hər cür şərait yaradılıb və 10 nəfər daimi işlə təmin olunacaq.

 

Prezident İlham Əliyev “Toğrul-2008” MMC-nin müəssisəsində də olub. Bildirilib ki, müəssisədə polietilen suvarma boruları istehsal edilir. 100 min manat investisiya hesabına yaradılan müəssisənin illik istehsal gücü 360 tondur. Hazır məhsul ətraf rayonlarda fermerlərin bu sahədə ehtiyaclarının ödənilməsinə yönəldilir.

 

“Providence Limited” MMC də Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərəcək. Modul tipli məktəb binalarının quraşdırılması ilə məşğul olan müəssisəyə 80 min manat investisiya yönəldilib. Hazırda müəssisədə 15 nəfər çalışır. Qeyd edək ki, modul tipli məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, burada sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin digər üstünlüyü budur ki, qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesi dayandırılmır və bu məqsədlə müvəqqəti olaraq səyyar məktəb quraşdırılır. Qeyd edək ki, ilin sonunadək 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin modul tipli məktəblərlə əvəz edilməsi nəzərdə tutulur. Modul tipli məktəblər Balakən, Sabirabad, Şəki, Quba, Qusar, Neftçala, Kürdəmir, Ağdaş, İsmayıllı, Tovuz, Göygöl, Tərtər ,Göyçay, Qəbələ, Oğuz və digər rayonlarda inşa olunub.

 

Neftçala Sənaye Məhəlləsinin daha bir iştirakçısı “Azproduct” MMC-dir. Müasir texnologiyaların tətbiq edildiyi müəssisə balıq emalı və konservləşdirilməsi sahəsində fəaliyyət göstərəcək. İstehsal sahəsində ildə 7 milyon şərti banka konserv və 500 ton soyudulmuş təzə balıq istehsalı nəzərdə tutulur. 2017-ci ilin oktyabrında istifadəyə veriləcək müəssisəyə 1,7 milyon manat investisiya qoyulub. Əlavə dövlət dəstəyi olaraq müəssisəyə İnvestisiya Təşviqi Sənədi təqdim edilib. Bu, müəssisənin təqribən 290 min manata qənaət etməsinə imkan verib. İstehsal sahəsində 40 nəfər işlə təmin ediləcək.

 

Artıq “Azproduct” MMC ilə “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC arasında balıq konservlərinin satışına dair 2,2 milyon manat dəyərində müqavilə də imzalanıb.

 

Dövlət başçısı “Sun Rise Production” MMC-nin Sənaye Məhəlləsində yaratdığı müəssisə ilə də tanış oldu. Müəssisədə kağız stəkanlar və hazır içkilər istehsal olunacaq. İstehsal sahəsinin yaradılmasına 619 min manat investisiya yönəldilib. Bundan başqa, müəssisəyə İnvestisiya Təşviqi Sənədi verilib ki, bu, təqribən 84 min manata qənaət etməyə imkan yaradır.

 

Daha sonra prezident İlham Əliyev Sənaye Məhəlləsinin inzibati binasında olub. Bina toplantı və təlimlərin keçirilməsi üçün iclas otağından, müasir ofis sahələrindən, sərgi-satış mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana və sənaye məhəlləsinin idarəedici təşkilatının istifadəsi üçün nəzərdə tutulan sahələrdən ibarətdir. Burada sahibkarlara ümumi mühasibatlıq, hüquqi məsləhətlər, sığorta, poçt, texniki kitabxana, “Startup”lar üçün ofis, yeməkxana və tibbi xidmətlər göstərilir. Sahibkarların fəaliyyətinə dəstək üçün Neftçala Sənaye Məhəlləsinin bütün ərazisi pulsuz internetlə təmin olunub.

 

Prezident İlham Əliyev Neftçala Sənaye Məhəlləsi ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

 

 

 

Daha sonra  Azərbaycan prezidenti İlham Əliyev 110/35/6 kV-luq “Neftçala” yarımstansiyasının açılışında iştirak edib.

Modern.az-ın məlumatına görə, “Azərişıq” ASC-nin sədri Baba Rzayev görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verib.

“Neftçala” yarımstansiyasında 40 MVA gücündə iki transformator quraşdırılıb, açıq və qapalı paylayıcı qurğular inşa edilib, bu qurğularda müasir standartlara cavab verən elektrik avadanlıqları, elektron tipli avtomat rele mühafizə sistemi yaradılıb. Yarımstansiyada növbətçi işçi heyət üçün müvafiq olaraq mühafizə, texniki xidmət və idarəetmə otaqları inşa edilib, lazımi şərait yaradılıb. Yarımstansiyanın ərazisində geniş abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Bildirilib ki, şəhərin və rayonun su təsərrüfatını elektrik enerjisi ilə təmin edən 35 kV-luq yarımstansiyanın məhz “Neftçala” yarımstansiyasından qidalandırılması nəzərdə tutulub. Bundan əlavə, Neftçalada yeni yaradılan Sənaye Məhəlləsi bu yarımstansiyadan qidalanacaq ki, onun tələbatı 5 MVA təşkil edir. Həmçinin “Neftçala” yarımstansiyasından rayonun böyük bir hissəsi, xüsusən də dövlət əhəmiyyətli obyektlər, çoxlu sayda sənaye, təhsil, tibb və məişət təyinatlı obyektlər və əhali abonentləri elektrik enerjisi ilə təmin olunur.

Prezident İlham Əliyev yarımstansiyanı işə salıb. Sonda xatirə şəkli çəkdirilib.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Bakuxeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Manat və dolların sabahkı MƏZƏNNƏSİ 
21.02.2018, 17:12

Manat və dolların sabahkı MƏZƏNNƏSİ 

Bu ərazilər susuz qalacaq
21.02.2018, 17:11

Bu ərazilər susuz qalacaq

BDU-nun təsisi Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü ən mühüm işlərdən biridir 
21.02.2018, 17:06

BDU-nun təsisi Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü ən mühüm işlərdən biridir 

Bayıldakı sürüşmə ilə bağlı cinayət işi açıldı
21.02.2018, 16:55

Bayıldakı sürüşmə ilə bağlı cinayət işi açıldı

Qanunsuz ağac kəsimi ilə bağlı sənədlər Baş Prokurorluğa göndərildi
21.02.2018, 16:30

Qanunsuz ağac kəsimi ilə bağlı sənədlər Baş Prokurorluğa göndərildi

“Deyəsən, dollar krediti olanlar yaxında şad xəbər alacaqlar” - Hüquqşünas   
21.02.2018, 16:29

“Deyəsən, dollar krediti olanlar yaxında şad xəbər alacaqlar” - Hüquqşünas  

Yeni ailələrin evlə təmin olunması asanlaşır - Rusiyada
21.02.2018, 16:25

Yeni ailələrin evlə təmin olunması asanlaşır - Rusiyada

Azərbaycanda 215 MİLLİ QƏHRƏMANA ayda 1500 manat təqaüd veriləcək
21.02.2018, 16:18

Azərbaycanda 215 MİLLİ QƏHRƏMANA ayda 1500 manat təqaüd veriləcək

Əli Əliyevin sənədləri MSK-ya verildi   
21.02.2018, 16:10

Əli Əliyevin sənədləri MSK-ya verildi  

Azərbaycan Qızıl Aypara Cəmiyyəti yeni sədr seçəcək
21.02.2018, 15:54

Azərbaycan Qızıl Aypara Cəmiyyəti yeni sədr seçəcək

Azərbaycanlı zəvvarların Həcc ziyarətinin başlanma və bitmə tarixi müəyyənləşdi
21.02.2018, 15:48

Azərbaycanlı zəvvarların Həcc ziyarətinin başlanma və bitmə tarixi müəyyənləşdi

“Problemli kreditlərin amnistiyası elan olunsun” - 50 min dollar borcu olan deputatdan TƏKLİF   
21.02.2018, 15:41

“Problemli kreditlərin amnistiyası elan olunsun” - 50 min dollar borcu olan deputatdan TƏKLİF  

İlham Əliyevin imzatoplama kampaniyası BAŞA ÇATDI   
21.02.2018, 15:27

İlham Əliyevin imzatoplama kampaniyası BAŞA ÇATDI  

ABŞ səfiri və xanımı məcburi köçkün məktəbinə getdilər, kitab hədiyyə etdilər
21.02.2018, 15:21

ABŞ səfiri və xanımı məcburi köçkün məktəbinə getdilər, kitab hədiyyə etdilər

Sərdar Cəlaloğlu da prezidentliyə namizədliyini irəli sürdü
21.02.2018, 15:20

Sərdar Cəlaloğlu da prezidentliyə namizədliyini irəli sürdü

Türkiyə Afrində Suriya ilə birgə hərəkət etməlidir - ŞƏRH
21.02.2018, 15:12

Türkiyə Afrində Suriya ilə birgə hərəkət etməlidir - ŞƏRH

Daha bir azərbaycanlı idmançıda dopinq aşkarlandı
21.02.2018, 15:10

Daha bir azərbaycanlı idmançıda dopinq aşkarlandı

Azərbaycan-Ermənistan sərhədində monitorinq insidentsiz başa çatdı
21.02.2018, 14:48

Azərbaycan-Ermənistan sərhədində monitorinq insidentsiz başa çatdı

Azərbaycanlı məmur Türkiyəyə şəxsi təyyarəsi ilə gedib-gəlir
21.02.2018, 14:29

Azərbaycanlı məmur Türkiyəyə şəxsi təyyarəsi ilə gedib-gəlir

Mədət Quliyev ata oldu - FOTO
21.02.2018, 14:27

Mədət Quliyev ata oldu - FOTO

Türkiyə Afrinlə bağlı xəbərləri təkzib etdi
21.02.2018, 14:24

Türkiyə Afrinlə bağlı xəbərləri təkzib etdi

"SOCAR Trading" Londonda - VİDEO
21.02.2018, 14:00

"SOCAR Trading" Londonda - VİDEO

Şəhid leytenantın XANIMI: “Turalın öldüyünü məndən gizlətdilər, dəfnində də iştirak edə bilmədim” - FOTOLAR   
21.02.2018, 13:49

Şəhid leytenantın XANIMI: “Turalın öldüyünü məndən gizlətdilər, dəfnində də iştirak edə bilmədim” - FOTOLAR  

Sumqayıt, Gəncə və Abşeronda 1-ci sinfə gedəcək şagirdlərin sayı açıqlandı
21.02.2018, 13:46

Sumqayıt, Gəncə və Abşeronda 1-ci sinfə gedəcək şagirdlərin sayı açıqlandı

Ötən il Azərbaycana pul köçürmələri 2 dəfədən çox artıb   
21.02.2018, 13:35

Ötən il Azərbaycana pul köçürmələri 2 dəfədən çox artıb  

Bakı sakinləri narkotikə görə saxlanıldı - FOTOLAR
21.02.2018, 13:30

Bakı sakinləri narkotikə görə saxlanıldı - FOTOLAR

Əsəd qüvvələri Afrinə girib - İDDİA
21.02.2018, 13:22

Əsəd qüvvələri Afrinə girib - İDDİA

Sabahdan Bakıda birinci sinfə sənəd qəbuluna başlanılır
21.02.2018, 13:17

Sabahdan Bakıda birinci sinfə sənəd qəbuluna başlanılır

UNEC dünyanın 250 aparıcı universiteti ilə bir sırada
21.02.2018, 13:12

UNEC dünyanın 250 aparıcı universiteti ilə bir sırada

Oliqarxlar İnterpolu ələ keçirmək İSTƏYİR: Azərbaycanın da adı ÇƏKİLDİ...
21.02.2018, 13:00

Oliqarxlar İnterpolu ələ keçirmək İSTƏYİR: Azərbaycanın da adı ÇƏKİLDİ...

Cəbhə xəttində ATƏT-in monitorinqlərinin intensivliyi artırıla bilər
21.02.2018, 12:56

Cəbhə xəttində ATƏT-in monitorinqlərinin intensivliyi artırıla bilər

Türkiyə daha 2 şəhid verdi
21.02.2018, 12:54

Türkiyə daha 2 şəhid verdi

Xaləddin İsgəndərov Binəqədi ağsaqqallarını bir araya yığdı - FOTOLAR
21.02.2018, 12:38

Xaləddin İsgəndərov Binəqədi ağsaqqallarını bir araya yığdı - FOTOLAR

Bakıda maşın oğruları saxlanıldı
21.02.2018, 12:34

Bakıda maşın oğruları saxlanıldı

Sabahın havası - Bakıda külək əsəcək, çiskin olacaq
21.02.2018, 12:31

Sabahın havası - Bakıda külək əsəcək, çiskin olacaq

ARXİV