Modern.az

Mədət Quliyev: Azərbaycandan 900 nəfər İŞİD-ə qoşulub, 85 nəfər həbsdədir

Mədət Quliyev: Azərbaycandan 900 nəfər İŞİD-ə qoşulub, 85 nəfər həbsdədir

24 Sentyabr 2017, 12:40

“Son 5 il ərzində müəyyən sayda Azərbaycan vətəndaşları qara təbliğata inanıb İŞİD-ə qoşulublar. İyaxşı iş gördüklərinə inansalar da, cinayət törətdiklərinin fərqində olmayıblar”.

 

Modern.az-ın məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin(DTX) rəisi Mədət Quliyev deyib.

M.Quliyev bildirib ki, 900-ə yaxın azərbaycanlı İŞİD-ə qoşulmuşdu: “Onlardan 85-i hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və pentensiar xidmətdədirlər. 195 nəfər Azərbaycan vətəndaşlığı hüququndan məhrum edilib, bir çoxu isə döyüş zamanı həlak olub. İraqda Azərbaycan vətəndaşlarının kütləvi olduğu yerdə 300-ə yaxın azərbaycanlı məhv edilib.

DTX rəhbəri hazırda İraqda araşdırma aparıldığını qeyd edib:

 

“Əməkdaşlarımız hazırda İraqdadırlar və məlumat araşdırılır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir