Modern.az

Avtomobilin vurduğu piyada xəstəxanada öldü - HACIQABULDA

Avtomobilin vurduğu piyada xəstəxanada öldü - HACIQABULDA

24 Sentyabr 2017, 13:09

Hacıqabulda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

 

Hacıqabulda avtomobilin yolu keçərkən vurduğu piyada xəstəxanada ölüb.

 

Modern.az-ın APA-ya istinadən məlumatına görə, sentyabrın 23-də Bakı-Qazax magistralının 94-cü kilometrliyində Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində “Mercedes” markalı avtomobil yolu keçən Nəvahi kənd sakini, 1973-cü il təvəllüdlü Xanəliyev Bünyat Musa oğlunu vuraraq ağır yaralayıb.

 

Yaralı kəllə-beyin travması  və sınıq xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.  Lakin həkimlər B. Xanəliyevin həyatını xilas edə bilməyiblər.

 

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir