Modern.az

Zaqataladakı yanğın lokallaşdırılıb - Yenilənib

Zaqataladakı yanğın lokallaşdırılıb  - Yenilənib

24 Sentyabr 2017, 21:48

Zaqatala meşəsində baş verən yanğın lokallaşdırılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Tala meşəbəyliyinin 3 saylı dolayının yüksək dağlıq ərazisində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarının ciddi səyləri nəticəsində artıq lokallaşdırılıb.

Qeyd edək ki, yanğın yüksək dağlıq ərazidə baş verdiyindən yanğınsöndürən maşınların həmin sahəyə qalxması mümkün olmayıb. Yanğının söndürülməsində yalnız əl əməyindən istifadə edilib. Yanğın nəticəsində quru ot örtüyü və kol-kos yanıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində operativ tədbirlər görülür.

 

21:17

 

Fövqəladə Hallar Nazirliyi (FHN) Zaqatala rayonunda baş verən meşə yanğını ilə bağlı məlumat yayıb. Modern.az nazirliyin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Zaqatala rayonunun Yuxarı Tala və Muxax kəndləri yaxınlığında çətin keçilən dağlıq ərazidə kol-kos,quru ot və qurumuş ağacların qalıqları yanır.

 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin canlı qüvvəsi və yaxın yaşayış məntəqələrinin əhalisindən ibarət könüllü dəstələr yanğınsöndürmə işlərinə cəlb olunub. Əlavə məlumat veriləcək.​

 

20:02

 

Bu gün axşam saat 18:10 radələrindən başlayaraq Böyük Qafqaz sıra dağlarının cənub ətəyindən Zaqatala rayonu Yuxarı Tala kəndinin inzibati ərazisindən keçən hissəsində yüksək dağlıq ərazidə yanğın başlayıb. Modern.az APA-ya istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqaladə hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.

 

Yanğının yüksək dağlıq meşəlik ərazidə baş verdiyi üçün ərziyə texnikanın çıxması mümkünsüzdü. Yanğının söndürülməsi ancaq əl əməli vasitəsi ilə həyata keçirilir. Hazırda yanğın davam edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür