Modern.az

Prezident Azərbaycan voleybolçularının oyununu izlədi: Komandamız  qrup lideri oldu

Prezident Azərbaycan voleybolçularının oyununu izlədi: Komandamız  qrup lideri oldu

24 Sentyabr 2017, 20:43

Bu gün qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin növbəti qarşılaşmasında “A” qrupunda yer alan Azərbaycan milli komandası ikinci görüşünü keçirib. Modern.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən görüşdə Azərbaycan komandası Polşa yığması ilə qarşılaşıb.

 

Prezident İlham Əliyev milli komandamızın oyununa baxıb.

 

Azərbaycan voleybolçuları ilk setdə polşalı rəqiblərinə böyük üstünlüklə - 25:14 hesabı ilə qalib gəldilər. Azərbaycan milli komandası ikinci setin ortalarında əldə etdiyi üstünlüyü sona qədər qoruyaraq 25:21 hesabı ilə qələbə qazanıb. Gərgin idman mübarizəsi şəraitində keçən üçüncü setdə də milli komandamızın qələbəsi ilə başa çatıb - 25:23. Beləliklə, Azərbaycan milli komandası Polşa voleybolçularını 3:0 hesabı ilə məğlub edib.

 

Bu qələbədən sonra Azərbaycan komandası xallarının sayını 6-ya çatdıraraq qrupda birinci yerə yüksəlib. Polşa yığması isə 5 xalla ikinci sırada qərarlaşıb.

 

Xatırladaq ki, ilk oyunda komandamız Macarıstana 3:0 hesabı ilə qalib gəlib. Milli komandamız qrup mərhələsinin sonuncu oyununda Almaniya yığması ilə qarşılaşacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu