Modern.az

Merkelin başçılıq etdiyi alyans qalib gəlir - Yenilənib

Merkelin başçılıq etdiyi alyans qalib gəlir - Yenilənib

Aktual

25 Sentyabr 2017, 00:59

Almaniya Mərkəzi Seçki Komissiyası sentyabrın 24-də ölkədə keçirilmiş parlament seçkilərinin ilkin nəticələri açıqlayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hazırda 25 seçki dairəsinin nəticələri hesablanıb.

 

İlk yeri səslərin 38 faizini toplayan Angela Merkelin rəhbərlik etdiyi Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı tutur. İkinci yerdə Sosial-Demokrat  (19,4 faiz), üçüncü isə Almaniya üçün Alternativ Partiyasıdır – 11,7 faiz.

 

Azad Demokratik Partiya 10,3 faiz, Yaşıllar Partiyası 7,3 faiz, Sol Partiya 5,8 faiz səs toplayıb.

 

20:59

 

Almaniyada bu gün keçirilən parlament seçkisinin ilkin nəticələri məlum olub. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, ekzit-polların nəticələrinə əsasən, seçkilərdə hakim Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı qalib gəlir. Angela Merkelin rəhbərlik etdiyi alyans 32,5% səs toplayıb. İkinci yerdə Sosial Demokrat Partiyası (20 faiz), ücüncü yerdə isə Almaniya üçün Alternativ Partiyası qərarlaşıb (13,5 faiz).

 

Beləliklə, böyük ehtimalla Angela Merkel kansler postunu qoruyub saxlayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!