Modern.az

Ərdoğan iranlı həmkarı ilə regiondakı durumu müzakirə etdi

Ərdoğan iranlı həmkarı ilə regiondakı durumu müzakirə etdi

Dünya

24 Sentyabr 2017, 22:42

Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, telefon danışığı zamanı Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani ikitərəfli əlaqələrlə yanaşı, İraq Kürd Regional Rəhbərliyinin referendum qərarı daxil olmaqla bölgədəki son hadisələri müzakirə ediblər.

Tərəflər referendumun ləğv edilməməsinin regionda xaosa səbəb olacağını bildiriblər. Hər iki lider İraqın ərazi bütövlüyünə böyük əhəmiyyət verdiklərini vurğulayıb.

Söhbət zamanı prezident Ərdoğanın 4 oktyabrda İrana edəcəyi səfərə də toxunulub.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?