Modern.az

"Qəbələ"nin futbolçuları yumruq davasına çıxdı - Video

"Qəbələ"nin futbolçuları yumruq davasına çıxdı - Video

Aktual

24 Sentyabr 2017, 23:44

Azərbaycan Premyer Liqasının VI turunun son matçında “Qəbələ” doğma azarkeşləri önündə “Neftçi”ni qəbul edib. Modern.az xəbər verir ki, qarşılaşmanın final fitindən sonra meydanda gərgin anlar yaşanıb.

 

Belə ki, “Qəbələ”nin futbolçuları arasında dava düşüb. Fariz Yusifovun final fitini səsləndirməsindən sonra Ruslan Qurbanov komanda yoldaşı Steven Monrozun üzərinə yeriyib. Legioner futbolçu isə ona yumruq atıb. Futbolçuların davası sonda Monrozun qırmızı vərəqə alması ilə nəticələnib.

 

Klubun vitse-prezidenti Fariz Nəcəfov məsələni araşdıracağını, intizamı pozan futbolçunu sərt şəkildə cəzalandıracaqlarını bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi