Modern.az

QHT Şurası ilə Yaponiya səfirliyi arasında razılıq əldə olunub

QHT Şurası ilə Yaponiya səfirliyi arasında razılıq əldə olunub

Qarabağ

17 Noyabr 2009, 19:19

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Yaponiyanın ölkəmizdəki səfirinin müavini Toşikazu Muto ilə görüşüb.

Qurumun mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, görüşdə A.Quliyev rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı qonağa ətraflı məlumat verib.

Azərbaycan QHT-ləri ilə uzun müddətli əməkdaşlıq təcrübəsinə malik olan T.Muto Yaponiya səfirliyinin bundan sonra da QHT-lərlə əməkdaşlığa önəm verəcəyini bildirib.

Görüşdə Şura ilə səfirlik arasında birgə əməkdaşlıq üzrə müzakirələrin davam etdirilməsi haqda razılıq əldə olunub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?