16 dekabr 2017, Şənbə
Ana Səhifə - MÜSAHİBƏ - Qərbi Azərbaycan Partiyasını kimlər yaradır? - MÜSAHİBƏ
Qərbi Azərbaycan Partiyasını kimlər yaradır? - MÜSAHİBƏ
25.09.2017, 09:28

Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli Modern.az-a müsahibəsində Qərbi Azərbaycan Partiyasını kimlər yaradır” sualına aydınlıq gətirib:

- Əziz müəllim, Qərbi Azərbaycan Partiyasısının yaradılacağını demişdiniz. Məsələ gündəmdədirmi?

 
- Təbii ki, gündəmdədir. Mən belə bir ideyanın cəmiyyət arasında illərdən bəri mövcud olduğunu, bu ideya ətrafında həmişə müzakirələr getdiyini müsahibələrimdə də demişəm. Və onu da demişəm ki, bu ideya hansısa subyektiv bir düşüncənin məhsulu olaraq yox, ilk növbədə bu gün Azərbaycanda mövcud olan partiyaların Qərbi Azərbaycan probleminə laqeyd münasibətindən yaranmış boşluğu doldurmaq üçün meydana gəlib.
Son illərin siyasi mənzərəsinə fikir verin, hansı siyasi partiya Qərbi Azərbaycan problemini ciddi, səmimi şəkildə müzakirə müstəvisinə çıxarıb? Heç biri. Ola bilər ki, bəzi partiyalar buna təşəbbüs etsin, amma gözdən pərdə asmaq üçün, sıralarına 3-5 Qərbi azərbaycanlı cəlb etmək üçün. Qərbi Azərbaycanın beş mahalının, beş kəndinin adını bilməyən, az qala bu bölgənin insanlarına daxilən nifrət edən bir partiya sədrinin səmimiyyətinə mən necə inanım?
Digər misal, Azərbaycan Qaçqınlar Cəmiyyəti olaraq, biz beş il bundan əvvəl Qərbi azərbaycanlıların 1988-ci il soyqırımının 25 illiyi ilə bağlı bəyanat verdik, bu tarixin xatırlanması üçün çağırışlar etdik, səsimizə kim səs verdi – heç kim! Beş ildi hamı susur.
Gələn il 1948-ci il deportasiyamızın 90 illiyi, 1988-ci il soyqırımımızın 30 illiyidir. Amma kimin yadına düşür – heç kimin.
Lakin baxarsınız, seçkisiqabağı hamının yadına düşəcək ki, bir Qərbi Azərbaycan problemi də var, seçki qutularına gedəcək qərbi azərbaycanlılar var... Dərhal hər partiya öz strukturunda bir “Qərbi Azərbaycan”, “İrəvan” departamenti yaradacaq və ya belə bir qurumu hərəkətə gətirəcək. Amma bizə belə xatırlanma və belə canıyananlıq lazım deyil. Ola bilər ki, Qərbi Azərbaycan kimin üçünsə hakimiyyət və ya parlament binasına daxil olmaq üçün turniket kartı olsun, kimin üçünsə bankomatdan pul çəkmək üçün bankomat kartı, amma bizim üçün nə turniket kartıdır, nə də bankomat kartı, bizim üçün Vətəndir, torpağının altında əcdadlarımızın sümükləri yatan Vətən! Və bu Vətənlə alver etməyi heç kəsə məsləhət görmürük.

 
- Əziz müəllim, belə bir adda partiyanın yaranması məsələsinə cəmiyyətdə fərqli münasibətlərin şahidi olduq. Kimisi partiyanın regional əsasda yaranmasına irad tutdu, kimisi ümumiyyətlə cəmiyyətdə yeni bir partiyanın yaranmasını məqsədəuyğun bilmədi.

- Amma belə bir partiyanın yaranmasını dəstəkləyənlər daha çox oldu. Bunu da etiraf edək. Bəli, etiraz edənlərin əksəriyyəti partiyanın adının regionallığına irad tutdular. Amma mən bir daha təkrar edirəm ki, ad şərti xarakter daşıyır, bu dəqiqə partiyanın Təşəbbüs qrupu ciddi iş aparır, qızğın müzakirələr gedir, elə partiyanın adı məsələsində də. Ad bizim üçün şərtidir. Bəlkə olacaq Azərbaycan Vətən Partiyası, bəlkə başqa bir ad. Buna partiyanı yaradanlar qərar verəcək. Bizim üçün əsas odur ki, tarixi Azərbaycan torpaqları olan Qərbi Azərbaycanın azadlığı ideyası bu partiyanın məram və məqsədinə iri hərflərlə yazılsın. Və bu ideya, bu ideya uğrunda mübarizə həmin partiya üçün prioritet məsələ olacaq.

- Hətta “Qərbi azərbaycanlıların əksəriyyəti Yeni Azərbaycan Partiyasında təmsil olunursa, Qərbi Azərbaycan Partiyasının yaranmasına nə ehtiyac var” kimi fikirlər də səsləndi...

- Haqlısınız, belə iradlarla qarşılaşdıq. Əvvəla, Qərbi azərbaycanlıların çoxunun Yeni Azərbaycan Partiyasında təmsil olunması normaldır. Bu, onların böyük hissəsinin ulu öndərin ideyalarına və cənab Prezident İlham Əliyevin siyasi xəttinə sədaqətindən irəli gəlir. Lakin bu gün tək Qərbi azərbaycanlılar yox, Azərbaycan xalqının böyük əksəriyyəti Heydər Əliyev ideyalarını dəstəkləyir və cənab Prezidentin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasında təmsil olunur. Onda heç Azərbaycandakı digər partiyalara da ehtiyac yoxdur. Lakin Azərbaycan demokratik bir ölkədir və biz çoxpartiylaı bir sistemdə yaşayırıq. Azərbaycanda yeni bir partiyanın yaranması kimin yerini dar edir ki?!
Məndən tez-tez soruşurlar: “Qərbi Azərbaycan Partiyası”nı kim yaradır? Mən bu partiyanın yaranmasından narahat olanlara birmənalı şəkildə cavab verirəm: bu partiyanı siz yaradırsınız, sizin Qərbi Azərbaycan probleminə, o tarixi torpaqlarımızın taleyinə biganə münasibətiniz yaradır, Qərbi Azərbaycandan deportasiya olunan qaçqınların problemlərinə laqeydliyiniz yaradır, gözümüzün önündə Vətən həsrəti ilə şam kimi əriyən ata-babalarımızın, ana-nənələrimizin İrəvan, Göyçə, Zəngəzur... deyəndə əsən dodaqları, axan göz yaşları yaradır. Bu partiyanı Qərbi azərbaycanlı kimi onillər boyu yüksək dövlət vəzifələrində, parlament kürsülərində əyləşib, özü, ailəsi və ətrafı üçün sərmayə toplayan, dəyəri milyonlarla ölçülən imarətlərə və obyektlərə sahib olan, övladlarını, qohumlarını vəzifə pillələrində yuxarı dırmaşdıran, bir qarın çörəyə möhtac qaçqın qohumundan, qonşusundan, soydaşından xəbərsiz Qərbi azərbaycanlı məmurlar yaradır. Siz onlardan soruşun ki, bu partiyanı niyə yaradır?



Gülşən Raufqızı


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
İrzaquliyev Cəmşid
25.09.2017, 06:04

Bəli bu bütün qaçqınlar adından verilmiş bir cavab. 30 ildir bütün problemləri və hətta varlıqları belə unudulan Ermənistan qaçqınları nə etməlidir. Onsuz da vətəndən olanı, ordan gələn təsərrüfat başçılarının bəlkə də 80%-ə yaxını köç etdi bu dünyadan. Qalanların isə qulağı səsdə könlü isə qəfəsdə. Ermənistan qaçqınlarının bir problemimiz var o da vətənə qayıtmaq. Bizim bir problemimiz var o da unudulmağımız. İllərdi Qarabağ məsələsində biz tərəf olamadıq. Axı bu problem,"Ermənistanlıların " Ermənistan"dan çıxarılması ilə başlamışdı. Biz dəfələrlə bu problemlərimizi çözmək üçün müxtəlif adlar altında birləşmək istədik, imkan verilmədi. Biz bir olub səsimizi dünyaya duyurmaq istədik, Biz bir olub səsimizi Cənab Prezidentin səsinə- "biz o torpaqlara İrəvana, Zəngəzura qayıdacağıq" fikirlərinə qatıb, bu yöndə dəstək olmaq istədik Təəssüf ki illərdir buna imkan verilmədi. Kimlərsə bu toplumun bir araya gıəlməsindən həp narahat oldu. Bir şeyi anlamadılar ki, Ermənistanlılar dövlət və dövlətçilikdə, onun Prezidentinə sədaqətdə həmişə dərin dövlət missiyasını üstələnmişlər və var olduqları qədər də bu sevdadan vaz keçməyəcəklər. Qaldı Yaradılacaq partiyanın adına, Əziz bəy dediyi kimi ilkin mərhələdə ad şərtidir.Yəqin ki, bu təşəbbüsdə bulunan kişilər partiyanın yaradsılmasında verəcəkləri qərarda partiyanın adı, məramı və nizamnaməsi Azərbaycan Konistitutsiasının tam tələblərinə cavab verəcəkdir. Yolunuz açıq olsun.

sexran aliyev
29.09.2017, 17:00

onda biz de cenubi azerbaycan partiyasini yaradak

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bitkoinin qiyməti 19 min dolları ötüb
16.12.2017, 22:33

Bitkoinin qiyməti 19 min dolları ötüb

Tanınmış jurnalistə ağır itki
16.12.2017, 22:20

Tanınmış jurnalistə ağır itki

Dünyada agılasığmaz evlilik ADƏTLƏRİ
16.12.2017, 22:10

Dünyada agılasığmaz evlilik ADƏTLƏRİ

Əfqanıstanda 16 terrorçu məhv edildi
16.12.2017, 21:51

Əfqanıstanda 16 terrorçu məhv edildi

Uzunömürlülərdən çox da uzun olmayan 10 MƏSLƏHƏT
16.12.2017, 21:38

Uzunömürlülərdən çox da uzun olmayan 10 MƏSLƏHƏT

Dünyada ilk ipək
16.12.2017, 21:29

Dünyada ilk ipək "Qurani-Kərim" kitabının Bakıda təqdimatı - Fotolar

Eldar Mahmudov Çovdarovla üzləşdirildi
16.12.2017, 21:14

Eldar Mahmudov Çovdarovla üzləşdirildi

220 terrorçu saxlanıldı, 240 girov xilas edildi
16.12.2017, 20:54

220 terrorçu saxlanıldı, 240 girov xilas edildi

Qadınlarla bağlı daha bir qadağa ləğv edildi
16.12.2017, 20:42

Qadınlarla bağlı daha bir qadağa ləğv edildi

“Terror dövləti yaradılmasına imkan verməyəcəyik”-Ərdoğandan ABŞ-a XƏBƏRDARLIQ
16.12.2017, 20:28

“Terror dövləti yaradılmasına imkan verməyəcəyik”-Ərdoğandan ABŞ-a XƏBƏRDARLIQ

Özünü eyvandan atmaq istəyən qadın xilas edildi
16.12.2017, 20:18

Özünü eyvandan atmaq istəyən qadın xilas edildi

Avropanın ən yaşlı qadını qocalar evində öldü
16.12.2017, 20:02

Avropanın ən yaşlı qadını qocalar evində öldü

Şəki sakinini it parçaladı
16.12.2017, 19:53

Şəki sakinini it parçaladı

“Çakır”ın kədərli həyat hekayəsi: anasını əmisinə ərə veriblər
16.12.2017, 17:47

“Çakır”ın kədərli həyat hekayəsi: anasını əmisinə ərə veriblər

Ərdoğan: “İslam dünyasının yenidən formalaşmağa ehtiyacı var”   
16.12.2017, 17:32

Ərdoğan: “İslam dünyasının yenidən formalaşmağa ehtiyacı var”  

Mehriban Əliyeva ordenlə təltif olundu
16.12.2017, 17:06

Mehriban Əliyeva ordenlə təltif olundu

“Azərbaycanlılar heç vaxt evtanaziyaya getməz” - Deputat və psixoloqdan AÇIQLAMA   
16.12.2017, 16:33

“Azərbaycanlılar heç vaxt evtanaziyaya getməz” - Deputat və psixoloqdan AÇIQLAMA   

İlham Əliyev Qətər əmirini təbrik edib
16.12.2017, 16:20

İlham Əliyev Qətər əmirini təbrik edib

Rusiya ABŞ-a qarşı ittiham irəli sürdü   
16.12.2017, 16:17

Rusiya ABŞ-a qarşı ittiham irəli sürdü  

25 dil bilən azərbaycanlı poliqlot  - O, 20 günə bir dili öyrətmək zəmanəti verir - MÜSAHİBƏ   
16.12.2017, 16:11

25 dil bilən azərbaycanlı poliqlot  - O, 20 günə bir dili öyrətmək zəmanəti verir - MÜSAHİBƏ  

Zakir Həsənov Ordu komandirlərinə tapşırıqlar verdi
16.12.2017, 15:55

Zakir Həsənov Ordu komandirlərinə tapşırıqlar verdi

Dünyaca məşhur geyim firması mağazalarını bağlayır
16.12.2017, 15:49

Dünyaca məşhur geyim firması mağazalarını bağlayır

Dövlət qurumlarındakı bu vəzifələr təyinat gözləyir   
16.12.2017, 15:45

Dövlət qurumlarındakı bu vəzifələr təyinat gözləyir  

Adı işdə, özü evdə olanlar...    
16.12.2017, 15:16

Adı işdə, özü evdə olanlar...   

Rusiyada azərbaycanlı qardaşını güllələdi
16.12.2017, 15:03

Rusiyada azərbaycanlı qardaşını güllələdi

Rövşən Lənkəranskinin qardaşı vəzifəsindən azad edilib
16.12.2017, 15:01

Rövşən Lənkəranskinin qardaşı vəzifəsindən azad edilib

 “Şəriət yeni hökm çıxarmağa icazə vermir” - İlahiyyatçılar dini islahatları rədd edir
16.12.2017, 14:36

 “Şəriət yeni hökm çıxarmağa icazə vermir” - İlahiyyatçılar dini islahatları rədd edir

“DÇ-2018”ə  gedən milli komandalarla bağlı iddialar açıqlandı - SİYAHI
16.12.2017, 14:12

“DÇ-2018”ə  gedən milli komandalarla bağlı iddialar açıqlandı - SİYAHI

Əfqanıstanda 26 İŞİD-çi öldürüldü
16.12.2017, 14:03

Əfqanıstanda 26 İŞİD-çi öldürüldü

Murad Dadaşov “Pole çudes”də Leonid Yakuboviçə Azərbaycan nefti bağışlayıb - VİDEO   
16.12.2017, 13:58

Murad Dadaşov “Pole çudes”də Leonid Yakuboviçə Azərbaycan nefti bağışlayıb - VİDEO  

Fərasətinə, bərəkallah
16.12.2017, 13:42

Fərasətinə, bərəkallah

Piyada cərimələri artırılsınmı... - Ekspert “HƏ” deyir   
16.12.2017, 13:37

Piyada cərimələri artırılsınmı... - Ekspert “HƏ” deyir  

Polis Bakıda ölən kişinin yaxınlarını axtarır - FOTO   
16.12.2017, 13:24

Polis Bakıda ölən kişinin yaxınlarını axtarır - FOTO  

Məsud Yılmazın oğlunun meyiti tapıldı   
16.12.2017, 13:21

Məsud Yılmazın oğlunun meyiti tapıldı  

Bakıda intihara cəhd edən kişinin qarşısı alındı   
16.12.2017, 13:18

Bakıda intihara cəhd edən kişinin qarşısı alındı  

ARXİV
SORĞU
Xaricdəki hansı iş adamı Azərbaycana daha çox bağlıdır?
Vahid Ələkbərov(0.12%)
Araz Ağalarov (13.1%)
Mübariz Mənsimov (17.0%)
Fərhad Əhmədov(13.5%)
Füzuli Məmmədov(53.2%)
Telman İsmayılov (0.12%)
İsgəndər Xəlilov(0.08%)
Vaqif Məmişov(0.04%)
Heç biri(1.73%)
Digərləri(0.84%)