Modern.az

Elmar Məmmədyarov BMT-nin Yaxın Şərq Agentliyinin rəhbəri ilə görüşüb

Elmar Məmmədyarov BMT-nin Yaxın Şərq Agentliyinin rəhbəri ilə görüşüb

25 Sentyabr 2017, 09:44

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci iclası çərçivəsində BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin təşkili üzrə Yaxın Şərq Agentliyinin rəhbəri Pyer Krahenbul ilə görüşüb.

 

XİN mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Pyer Krahenbul fələstinli qaçqınlara yardım göstərilməsi ilə bağlı təmsil etdiyi qurumun son dövrləri əhatə edən fəaliyyət istiqamətləri və gələcək planları barəsində  məlumat verib. Görüşdə Azərbaycanın fələstinli qaçqınların həyat şəraitin yaxşılaşdırılmasına və Agentlyin ənənəvi təhsil, səhiyyə və digər proqramlarının gücləndirilməsinə göstərdiyi humanitar dəstəyi yüksək qiymətləndirilib.

 

Görüşdə həmçinin Agentlik və Azərbaycan arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi