Modern.az

Zaqataladakı meşə yanğını söndürülüb

Zaqataladakı meşə yanğını söndürülüb

25 Sentyabr 2017, 10:41

aqatala meşəsində baş vermiş yanğın söndürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, sentyabrın 24-də saat 18:10 radələrində Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Tala meşəbəyliyinin 3 saylı dolayının yüksək dağlıq ərazisində baş vermiş yanğın bu gün səhər saat 06:45 radələrində Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarının ciddi səyləri nəticəsində söndürülüb.

Yanğın zamanı təqribən 3 hektara yaxın ərazidə quru ot örtüyü və kol-kos yanıb.

Yanğının hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir