Modern.az

Bakı Metropoliteni: “Qatarlarımızda kondisioner yoxdur, amma təbii hava var”  

Bakı Metropoliteni: “Qatarlarımızda kondisioner yoxdur, amma təbii hava var”   

25 Sentyabr 2017, 11:43

“Metropolitendə havalandırma ilə bağlı hansısa problem yoxdur”.  Bu barədə Modern.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az-a bildirib.

O qeyd edib ki, son illərdə aparılan kompleks tədbirlər, alınan yeni avadanlıqlar nəticəsində stansiyalarda normal hava şəraiti təmin edilib:

“Söhbət pik saatlarda, xüsusilə qatarlarda olan havanın istiliyindən gedirsə, bu qatarlarımızda kondisioner sisteminin olmaması ilə bağlıdır. Qatarlarda təbii havalandırma var”.

Qurum rəsmisi qeyd edib ki, yay aylarında stansiyalarda hava bayırdakından daha sərin olur:

“Qayda var ki, bayırda havanın temperaturu 35 dərəcəni keçirsə, havalandırma şaxtaları vasitəsilə bayırdan havanın içəriyə vurulması qadağandır. Buna görə də ventilyatorlarımız içəridə havanın hərəkətini təmin edir. Ən əsası odur ki, içəridəki havaya ciddi nəzarət olunur. Yeni alınan cihazlarla ölçmələr aparılır və insan həyatı üçün təhlükə yarada biləcək hava mövcud deyil”. 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır