21 fevral 2018, Çərşənbə axşamı
Ana Səhifə - ÖLKƏ - Təzə ildə Bakıda yeni metrostansiya açılacaq
Təzə ildə Bakıda yeni metrostansiya açılacaq
25.09.2017, 12:00

1967-ci il noyabrın 6-da istifadəyə verilən Bakı Metropoliteninin hazırda 25 stansiyası,1 elektrik deposu və 36,6 kilometr uzunluğunda 3 xətti var.  

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az-a tikintisi davam etdirilən stansiya və depolarla bağlı son məlumatları verib.

 

O qeyd edib ki, hazırda “Papanin” adlanan ərazidə tikinti işləri davam etdirilir: 

 

“Bənövşəyi xəttin B3 (şərti ad) stansiyasında tikinti işləri davam etdirilir. Əgər işlər qaydasında gedərsə, stansiyanın 2018-ci ildə açılması planlaşdırılır. Eyni zamanda, Xocahəsəndə Bənövşəyi xəttin, Dərnəgüldə Yaşıl xəttin ikinci deposunun tikintisi aparılır. Perspektiv inkişaf planına uyğun olaraq yeni xətlərin tunel, stansiya və depolarının inşası ilə yanaşı, mövcud stansiyaların mərhələlərlə yenidən qurulması və müasir avadanlıqlarla təchiz olunması, dərin özüllü birçıxışlı stansiyaların ikinci çıxışlarının tikintisi nəzərdə tutulub”.

 

Qeyd edək ki, perspektiv plana əsasən, ümumi uzunluğu 28,5 km olacaq mövcud Qırmızı xətt Badamdar qəsəbəsindən başlayaraq Zığ qəsəbəsinədək uzanacaq. 19 stansiyadan ibarət olacaq xəttin hazırda 13 stansiyası və 1 elektrik deposu istismardadır. Layihədə «İçərişəhər» stansiyasından sonra 4, «Həzi Aslanov» stansiyasından sonra 2 stansiyanın inşası nəzərdə tutulub.


Ümumi uzunluğu 41,8 km olacaq Yaşıl xətt Xətai, Nəsimi, Yasamal, Binəqədi, Nərimanov, Nizami, Sabunçu və Suraxanı rayonlarını əhatə edəcək. Perspektiv inkişaf planına uyğun olaraq, gələcəkdə bu xətt üzrə Bakı metrosunda ilk dəfə qatarların dairəvi hərəkəti təşkil olunacaq. 23 stansiyası olacaq bu xəttin hazırda 10 stansiyası istismardadır. Xəttin bir elektrik deposu hazırda inşa olunur, daha biri isə layihələndirmə mərhələsindədir.
 

Perspektiv inkişaf planına uyğun olaraq, “28 May” stansiyasının layihəsini dəqiqləşdirərək yenidən qurulmasının başa çatdırılması ilə mövcud Qırmızı və Yaşıl xətlərdə qatarların sərbəst hərəkətinin təşkili nəzərdə tutulub.


Uzunluğu 18,5 km olacaq yeni Bənövşəyi xətt Xocəsən qəsəbəsindən başlayaraq Qaraçuxur qəsəbəsinədək uzanacaq. Metropolitenin perspektiv inkişaf planının birinci prioritet istiqamətinə daxil olan Bənövşəyi xəttin «Avtovağzal» və «Memar Əcəmi» stansiyaları 2016-cı il aprel ayının 19-da sərnişinlərin istifadəsinə verilib.
Perspektiv inkişaf planına uyğun olaraq bu xətt üzrə 6-sı keçid olmaqla, 10 yeni stansiya inşa olunmalıdır. Hazırda Xocəsən qəsəbəsində Bənövşəyi xəttin deposunun tikintisi davam edir. 

 

Uzunluğu 16,3 km olacaq Mavi xətt Yeni Yasamal yaşayış sahəsindən başlayaraq Sabunçu rayonunun Bakıxanov qəsəbəsinə qədər uzanacaq. Xətt üzrə 7-si keçid olmaqla, 11 stansiya və 1 elektrik deposu tikiləcək. 

Uzunluğu 14,7 km olacaq Sarı xətt Binəqədi rayonundan başlayaraq Səbail rayonunun Bayıl qəsəbəsinədək uzanan xətt olacaq. Bu xətdə 5-i keçid olmaqla, 11 stansiya və 1 elektrik deposu inşa olunacaq.

 


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Bakuxeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Manat və dolların sabahkı MƏZƏNNƏSİ 
21.02.2018, 17:12

Manat və dolların sabahkı MƏZƏNNƏSİ 

Bu ərazilər susuz qalacaq
21.02.2018, 17:11

Bu ərazilər susuz qalacaq

BDU-nun təsisi Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü ən mühüm işlərdən biridir 
21.02.2018, 17:06

BDU-nun təsisi Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü ən mühüm işlərdən biridir 

Bayıldakı sürüşmə ilə bağlı cinayət işi açıldı
21.02.2018, 16:55

Bayıldakı sürüşmə ilə bağlı cinayət işi açıldı

Qanunsuz ağac kəsimi ilə bağlı sənədlər Baş Prokurorluğa göndərildi
21.02.2018, 16:30

Qanunsuz ağac kəsimi ilə bağlı sənədlər Baş Prokurorluğa göndərildi

“Deyəsən, dollar krediti olanlar yaxında şad xəbər alacaqlar” - Hüquqşünas   
21.02.2018, 16:29

“Deyəsən, dollar krediti olanlar yaxında şad xəbər alacaqlar” - Hüquqşünas  

Yeni ailələrin evlə təmin olunması asanlaşır - Rusiyada
21.02.2018, 16:25

Yeni ailələrin evlə təmin olunması asanlaşır - Rusiyada

Azərbaycanda 215 MİLLİ QƏHRƏMANA ayda 1500 manat təqaüd veriləcək
21.02.2018, 16:18

Azərbaycanda 215 MİLLİ QƏHRƏMANA ayda 1500 manat təqaüd veriləcək

Əli Əliyevin sənədləri MSK-ya verildi   
21.02.2018, 16:10

Əli Əliyevin sənədləri MSK-ya verildi  

Azərbaycan Qızıl Aypara Cəmiyyəti yeni sədr seçəcək
21.02.2018, 15:54

Azərbaycan Qızıl Aypara Cəmiyyəti yeni sədr seçəcək

Azərbaycanlı zəvvarların Həcc ziyarətinin başlanma və bitmə tarixi müəyyənləşdi
21.02.2018, 15:48

Azərbaycanlı zəvvarların Həcc ziyarətinin başlanma və bitmə tarixi müəyyənləşdi

“Problemli kreditlərin amnistiyası elan olunsun” - 50 min dollar borcu olan deputatdan TƏKLİF   
21.02.2018, 15:41

“Problemli kreditlərin amnistiyası elan olunsun” - 50 min dollar borcu olan deputatdan TƏKLİF  

İlham Əliyevin imzatoplama kampaniyası BAŞA ÇATDI   
21.02.2018, 15:27

İlham Əliyevin imzatoplama kampaniyası BAŞA ÇATDI  

ABŞ səfiri və xanımı məcburi köçkün məktəbinə getdilər, kitab hədiyyə etdilər
21.02.2018, 15:21

ABŞ səfiri və xanımı məcburi köçkün məktəbinə getdilər, kitab hədiyyə etdilər

Sərdar Cəlaloğlu da prezidentliyə namizədliyini irəli sürdü
21.02.2018, 15:20

Sərdar Cəlaloğlu da prezidentliyə namizədliyini irəli sürdü

Türkiyə Afrində Suriya ilə birgə hərəkət etməlidir - ŞƏRH
21.02.2018, 15:12

Türkiyə Afrində Suriya ilə birgə hərəkət etməlidir - ŞƏRH

Daha bir azərbaycanlı idmançıda dopinq aşkarlandı
21.02.2018, 15:10

Daha bir azərbaycanlı idmançıda dopinq aşkarlandı

Azərbaycan-Ermənistan sərhədində monitorinq insidentsiz başa çatdı
21.02.2018, 14:48

Azərbaycan-Ermənistan sərhədində monitorinq insidentsiz başa çatdı

Azərbaycanlı məmur Türkiyəyə şəxsi təyyarəsi ilə gedib-gəlir
21.02.2018, 14:29

Azərbaycanlı məmur Türkiyəyə şəxsi təyyarəsi ilə gedib-gəlir

Mədət Quliyev ata oldu - FOTO
21.02.2018, 14:27

Mədət Quliyev ata oldu - FOTO

Türkiyə Afrinlə bağlı xəbərləri təkzib etdi
21.02.2018, 14:24

Türkiyə Afrinlə bağlı xəbərləri təkzib etdi

"SOCAR Trading" Londonda - VİDEO
21.02.2018, 14:00

"SOCAR Trading" Londonda - VİDEO

Şəhid leytenantın XANIMI: “Turalın öldüyünü məndən gizlətdilər, dəfnində də iştirak edə bilmədim” - FOTOLAR   
21.02.2018, 13:49

Şəhid leytenantın XANIMI: “Turalın öldüyünü məndən gizlətdilər, dəfnində də iştirak edə bilmədim” - FOTOLAR  

Sumqayıt, Gəncə və Abşeronda 1-ci sinfə gedəcək şagirdlərin sayı açıqlandı
21.02.2018, 13:46

Sumqayıt, Gəncə və Abşeronda 1-ci sinfə gedəcək şagirdlərin sayı açıqlandı

Ötən il Azərbaycana pul köçürmələri 2 dəfədən çox artıb   
21.02.2018, 13:35

Ötən il Azərbaycana pul köçürmələri 2 dəfədən çox artıb  

Bakı sakinləri narkotikə görə saxlanıldı - FOTOLAR
21.02.2018, 13:30

Bakı sakinləri narkotikə görə saxlanıldı - FOTOLAR

Əsəd qüvvələri Afrinə girib - İDDİA
21.02.2018, 13:22

Əsəd qüvvələri Afrinə girib - İDDİA

Sabahdan Bakıda birinci sinfə sənəd qəbuluna başlanılır
21.02.2018, 13:17

Sabahdan Bakıda birinci sinfə sənəd qəbuluna başlanılır

UNEC dünyanın 250 aparıcı universiteti ilə bir sırada
21.02.2018, 13:12

UNEC dünyanın 250 aparıcı universiteti ilə bir sırada

Oliqarxlar İnterpolu ələ keçirmək İSTƏYİR: Azərbaycanın da adı ÇƏKİLDİ...
21.02.2018, 13:00

Oliqarxlar İnterpolu ələ keçirmək İSTƏYİR: Azərbaycanın da adı ÇƏKİLDİ...

Cəbhə xəttində ATƏT-in monitorinqlərinin intensivliyi artırıla bilər
21.02.2018, 12:56

Cəbhə xəttində ATƏT-in monitorinqlərinin intensivliyi artırıla bilər

Türkiyə daha 2 şəhid verdi
21.02.2018, 12:54

Türkiyə daha 2 şəhid verdi

Xaləddin İsgəndərov Binəqədi ağsaqqallarını bir araya yığdı - FOTOLAR
21.02.2018, 12:38

Xaləddin İsgəndərov Binəqədi ağsaqqallarını bir araya yığdı - FOTOLAR

Bakıda maşın oğruları saxlanıldı
21.02.2018, 12:34

Bakıda maşın oğruları saxlanıldı

Sabahın havası - Bakıda külək əsəcək, çiskin olacaq
21.02.2018, 12:31

Sabahın havası - Bakıda külək əsəcək, çiskin olacaq

ARXİV